Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Mərkəzi
Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları narkotik cinayəti
ittihamı ilə 5 nəfəri saxlayıblar.
Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik
vasitələrin əldə edilməsi və saxlanması, satışa cəhd, o cümlədən
yeni psixoaktiv maddənin qanunsuz satışına cəhd və qanunsuz olaraq
külli miqdarda narkotik vasitə marixuananın əldə edilməsi və
saxlanması ittihamı ilə həbs edilən şəxslər – 1998-ci il təvəllüdlü
A.B., 1985-ci il təvəllüdlü S.M., 1969-cu il təvəllüdlü İ.Ş. və
əvvəllər məhkum edilmiş 1980-ci il təvəllüdlü M.E. və 1982-ci il
təvəllüdlü İ.A.
{{AUDIO}}
Cinayətlərə görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları
təqsirləndirilən şəxslərin şəxsi əşyalarına, nəqliyyat vasitələrinə
və mənzillərinə, habelə göstərdikləri yerlərdə axtarışlar
nəticəsində maddi sübut kimi xüsusilə külli miqdarda müxtəlif növ
narkotik vasitələr götürüblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin qablaşdırılması üçün zəruri olan materiallar maddi
sübut kimi götürülüb”, – məlumatda deyilir.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı,
19-260-cı və 173-prima maddələri ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415