Tbilisidə, Lilo qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı
4 nəfər yaralanıb.
Hadisə zamanı minik avtomobili ilə yük maşını toqquşub.
Gürcüstan Daxili İşlər Nazirliyinin “Mtavari”yə verdiyi məlumata
görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi
ilə istintaq başlanıb. Bu maddə nəqliyyat vasitələrinin hərəkət və
istismar qaydalarının pozulmasını nəzərdə tutur.