İrakli Kobaxidze bəyan edib ki, ABŞ prezidenti Donald Trampın
administrasiyası onun məktubuna cavab verməyib.
Bu barədə Kobaxidze bu gün, 21 may tarixində jurnalistlərə açıqlama
verib.
İrakli Kobaxidze iddia edir ki, məktuba verilən susqunluq da çox
önəmli cavabdır.
O, ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul olunan “Dostluq
Aktını” bir daha tənqid edib. Qanun layihəsi “Gürcü Arzusu”nun
yüksək vəzifəli şəxslərinə qarşı şəxsi sanksiyaların tətbiqini
nəzərdə tutur və Kobaxidze bunu “düşmənçilik aktı” adlandırıb.
"Gürcü Arzusu"nun baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald
Trampa açıq məktub ünvanlayıb.
13 mayda yayımlanmış məktubda Kobaxidze etiraf edir ki, indiyədək
Gürcüstan və ABŞ hökumətləri arasında yüksək səviyyəli ünsiyyət baş
tutmayıb.
Onun sözlərinə görə, bu təəccüblüdür, çünki “Gürcü Arzusu” ilə
Donald Tramp arasında “dəyərlər və ideoloji baxımından oxşarlıq”
fonunda, Gürcüstanın Tramp administrasiyası üçün xüsusi maraq
doğuran ilk ölkələrdən biri olacağı gözlənilirdi.