2024-cü ildə Gürcüstanın regionları arasında tikinti icazələrinin
sayına görə Kvemo Kartli lider olub.
Ölkə üzrə ümumilikdə 12 080 tikinti icazəsi verilib ki, bunun 1
267-si Kvemo Kartli bölgəsində qeydə alınıb.
Digər regionlarda tikinti icazələrinin sayı belə olub:
- Msxeta-Mtianeti – 985
- Kaxeti – 968
- Acarıstan – 823
- İmereti – 777
- Sameqrelo-Zemo Svaneti – 530
- Şida Kartli – 49
- Samtsxe-Cavaxeti və Quriya – 170
- Raça-Leçxumi və Kvemo Svaneti – 65
Ən çox tikinti icazəsi isə yenə də Gürcüstanın paytaxtı Tbilisidə
qeydə alınıb – 5 648 icazə.
Kvemo Kartlidə verilən tikinti icazələrinin 907-si yaşayış
binalarının inşası üçün olub. Bu bölgədə ən çox tikinti icazəsi
Marneuli bələdiyyəsində rəsmiləşdirilib – 405 icazə. Digər
bələdiyyələr üzrə göstəricilər belədir:
- Qardabani – 392
- Rustavi – 275
- Tetritskaro – 101
- Bolnisi – 58
- Dmanisi və Tsalka – hərəsində 18
Qeyd edək ki, Gürcüstan üzrə bələdiyyələr arasında ən çox tikinti
icazəsi Msxeta şəhərində verilib – 802 icazə. Bu siyahıda Batumi
461 icazə ilə ikinci, Marneuli isə 405 icazə ilə üçüncü yerdə
qərarlaşıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415