2024-cü ildə regionlar üzrə ən çox tikinti icazəsi Kvemo Kartlidə verilib
2024-cü ildə Gürcüstanın regionları arasında tikinti icazələrinin sayına görə Kvemo Kartli lider olub. Ölkə üzrə ümumilikdə 12 080 tikinti icazəsi verilib ki, bunun 1 267-si Kvemo Kartli bölgəsində qeydə alınıb.

Digər regionlarda tikinti icazələrinin sayı belə olub:
  • Msxeta-Mtianeti – 985
  • Kaxeti – 968
  • Acarıstan – 823
  • İmereti – 777
  • Sameqrelo-Zemo Svaneti – 530
  • Şida Kartli – 49
  • Samtsxe-Cavaxeti və Quriya – 170
  • Raça-Leçxumi və Kvemo Svaneti – 65
Ən çox tikinti icazəsi isə yenə də Gürcüstanın paytaxtı Tbilisidə qeydə alınıb – 5 648 icazə.

Kvemo Kartlidə verilən tikinti icazələrinin 907-si yaşayış binalarının inşası üçün olub. Bu bölgədə ən çox tikinti icazəsi Marneuli bələdiyyəsində rəsmiləşdirilib – 405 icazə. Digər bələdiyyələr üzrə göstəricilər belədir:
  • Qardabani – 392
  • Rustavi – 275
  • Tetritskaro – 101
  • Bolnisi – 58
  • Dmanisi və Tsalka – hərəsində 18
Qeyd edək ki, Gürcüstan üzrə bələdiyyələr arasında ən çox tikinti icazəsi Msxeta şəhərində verilib – 802 icazə. Bu siyahıda Batumi 461 icazə ilə ikinci, Marneuli isə 405 icazə ilə üçüncü yerdə qərarlaşıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google