Məktəb işçiləri Qırıxlı ictimai məktəbində “Son zəng”in qeyd
edilməsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatı təkzib
edirlər.
Mayın 20-də mülki fəal Samirə Bayramova sosial şəbəkədə yazıb ki,
Qırıxlı məktəbi məzunlara “Son zəng” tədbiri keçirməyə icazə vermir
və yalnız fotosessiyaya icazə verilir.

“Marneuli” radiosu Qırıxlı məktəbində oldu. Müəllimlər məlumatın
həqiqətə uyğun olmadığını bildirdilər.
Onların sözlərinə görə, məktəbdə son zəng həmişəki kimi mayın 20-də
keçirilib və bunu təsdiqləmək üçün hadisəni əks etdirən foto və
video materialları bizə göstərdilər.
Məktəbin direktoru rəsmi açıqlama verməkdən imtina etsə də, yayılan
məlumatların həqiqətə uyğun olmadığını qeyd etdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415