Özbəkistanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə
(XİN) nota göndərərək OMON-un Moskvada miqrantlar üçün yataqxanaya
basqınına münasibət bildirməyi,
Rusiya güc strukturlarının Özbəkistan vətəndaşlarına qarşı
hərəkətlərinə hüquqi qiymət verməyi xahiş edib.
Bu barədə özünün Telegram-kanalında XİN-in mətbuat katibi Axror
Burxanov məlumat verib. Onun sözlərinə görə, Moskvadakı insident
Özbəkistan XİN-in rusiyalı həmkarları ilə iyunun 10-da baş tutan
aylıq görüşündə müzakirə edilib. Özbəkistan XİN-in nümayəndələri
Rusiya ərazisində qanunsuz axtarışlar və respublika vətəndaşları
ilə kobud rəftar hallarından narahat olduqlarını bildiriblər.
"Biz belə halların ölkələrimiz arasında dostluq münasibətlərinə
qətiyyən uyğun gəlmədiyinə və onların qarşısının alınması üçün
konkret tədbirlərə ehtiyac olduğuna diqqət çəkdik", -
XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
İyunun 8-də hüquq-mühafizə orqanları Moskvada miqrantlar üçün
yataqxanada sərt reyd keçirib. Miqrasiya rejimini pozduğu iddia
olunan bir neçə nəfərın saxlandığı bildirilir. Onların arasında
sonradan ölkədən deportasiya edilən iki Tacikistan vətəndaşı da
var. Reydin videosu sosial şəbəkələrdə geniş yayılıb.
Rusiya paytaxtında miqrant yataqxanasında baş verən insidentə
Özbəkistanın ictimai xadimləri münasibət bildirib. Jurnalistika və
Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerxodxon
Kudratxoca Moskva OMON-unun hərəkətlərini "adi nasizm" adlandıraraq
Özbəkistan vətəndaşlarını Rusiyaya əmək miqrasiyasından imtina
etməyə və bunun üçün başqa ölkələri seçməyə çağırıb.
Bundan əvvəl Qırğızıstan vətəndaşlarının tez-tez gəldiyi Moskva
hamamına polis basqını ilə əlaqədar bu Mərkəzi Asiya ölkəsinin
Xarici İşlər Nazirliyi də etiraz notası verib.
Rusiya XİN Özbəkistan səfirliyindən notanın alındığını
təsdiqləyərək daxil olan məlumatın "diqqətlə" araşdırıldığını
vurğulayıb. XİN-dən bildirilib ki, Rusiya ilə Özbəkistan arasında
münasibətlər
"müttəfiqlik və strateji xarakter daşıyır,
ikitərəfli gündəmdəki bütün məsələlər bu yanaşma ilə həll
olunur".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415