“Gürcü Arzusu” parlamenti baş prokurorun seçilmə qaydasının sadələşdirilməsini təsdiqlədi
"Gürcü Arzusu" parlamenti "Prokurorluq haqqında" üzvi qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul etdi.

Dəyişikliklərə əsasən, Gürcüstanın baş prokurorunun seçilməsi qaydası sadələşdirilir. Xüsusilə, bundan sonra baş prokuror vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün akademik dairələrlə, vətəndaş cəmiyyəti nümayəndələri ilə və hüquq sahəsinin mütəxəssisləri ilə məsləhətləşmə aparılması tələb olunmayacaq.

Baş prokurorluğa namizədin irəli sürülməsi hüququ Prokurorluq Şurasının hər bir üzvünə veriləcək.

Prokurorluq Şurasında namizədin təqdim olunması prosesi bir həftə ərzində başa çatmalıdır.

Qanun layihəsinə “Gürcü Arzusu”nun 78 deputatı səs verib, heç kim əleyhinə çıxmayıb.

Baş prokurorun vəzifəsi iyunun 4-dən boşdur. Həmin gün parlament sədri Şalva Papuaşvili bəyan etmişdi ki, baş prokuror vəzifəsini icra edən Qiorqi Qabitaşvili Dövlət Audit Xidmətinin rəhbəri vəzifəsinə namizəd göstəriləcək. 2022-ci ildə yeddi il müddətinə seçilmiş prokuror Zotne Qavelaşvili isə Maliyyə Nazirliyinə qayıdaraq “Gürcü Arzusu”na məxsus nazirliyin altıncı müavini olub.

Qiorqi Qabitaşvili artıq parlament tərəfindən Dövlətin baş auditoru vəzifəsinə təsdiqlənib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google