"Air India" aviaşirkətinə məxsus, göyərtəsində 242 sərnişinin
olduğu təyyarə Hindistanın Qucarat əyalətindəki Əhmədabad hava
limanının yaxınlığında yerləşən Meqxaninaqar rayonunda qəzaya
uğrayıb. İlkin məlumata görə, faciə təyyarə havaya qalxdıqdan qısa
müddət sonra baş verib.
"Biz Əhmədabaddan Londona uçan "Air India"nın AI171
reysi ilə bağlı qəza xəbərlərini izləyirik. Təyyarədən son siqnalı
08:08:51-də (UTC) almışıq, bu, təyyarə qalxdıqdan bir neçə saniyə
sonra olub. Sözügedən təyyarə "Boeing 787-8 Dreamliner", qeydiyyat
nömrəsi VT-ANB-dir", - Flightradar24 xəbər verir.
"Dreamliner" modeli "Boeing" şirkətinin istehsal etdiyi ən son
təyyarə modellərindən biridir.
"India TV"nin məlumatına görə, təyyarə havaya qalxdıqdan dərhal
sonra qəza siqnalı verilib. Əhmədabaddan Londona uçan təyyarənin
göyərtəsində 12 ekipaj üzvü və 230 sərnişin olub. Sərnişinlərin
169-u Hindistan, 53-ü Böyük Britaniya, 7-si Portuqaliya, 1-i isə
Kanada vətəndaşıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415