Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyəti
2005-ci ildən bəri ilk dəfə olaraq
İranın nüvə silahlarının yayılmaması üzrə öhdəliklərinə əməl
etmədiyini rəsmən bildirən qətnaməni qəbul edib. Tehran bu addımı
dərhal pisləyib.
İyunun 12-də AEBA İdarə Heyətinin rüblük iclasında qəbul edilən
qətnamə bu ilin sonunda BMT-nin İrana qarşı sanksiyalarının
bərpasını asanlaşdıra bilər.
Qərara cavab olaraq İranın Xarici İşlər Nazirliyi bəyan edib ki,
təhlükəsiz zonada uranın zənginləşdirilməsi üçün yeni bir məntəqə
yaradılacaq və "Fordo" nüvə obyektindəki birinci nəsil (IR-1)
sentrifuqalar daha müasir - altıncı nəsil (IR-6) sentrifuqalarla
əvəz olunacaq.
AEBA-nın 35 üzvdən ibarət İdarə Heyəti Şurası ABŞ və onun Avropa
müttəfiqləri – Böyük Britaniya, Fransa, Almaniyanın (E3) irəli
sürdüyü qətnaməni qəbul edərkən üzvlərdən 19-u lehinə, 3-ü isə
əleyhinə səs verib, 11-i bitərəf qalıb.
"The Associated Press"in məlumatına görə, qətnamədə deyilir:
"İranın 2019-cu ildən bəri Agentliyə bir neçə
açıqlanmamış obyektdə bəyan edilməmiş nüvə materialı və
fəaliyyətlərlə bağlı tam və vaxtında əməkdaşlıq yönündə çoxsaylı
uğursuzluqları... onun Təhlükəsizlik Tədbirləri Sazişi
çərçivəsindəki öhdəliklərinə əməl etməməsi anlamına
gəlir".
Tehran hələlik, qətnamənin qəbulunun iyunun 15-də Omanda ABŞ ilə
keçirilməsi planlaşdırılan danışıqların altıncı raundunun ləğvinə
səbəb olub-olmayacağını açıqlamayıb.
İsrail isə diplomatik səylər nəticə vermədiyi təqdirdə İrana zərbə
endirməyə hazırlaşır və Trampın razılığını gözlədiyi bildirilir.
İran xəbərdarlıq edib ki, hücuma məruz qalarsa, regiondakı ABŞ
hərbi bazalarına cavab zərbəsi endirəcək.
AEBA rəhbəri ABŞ və İranı
nüvə məsələsində diplomatik həllə çağırır
BMT-nin nüvə proqramlarına nəzarət orqanı olan Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin (AEBA) rəhbəri İran və ABŞ-ni Tehranın nüvə
proqramı ilə bağlı danışıqlarda "diplomatik həll" tapmağa
çağırıb.
Bu gün başlayan və iyunun 13-dək davam edəcək AEBA-nın idarə
heyətinin iclasında 20 ildə ilk dəfə Tehranın təhlükəsizlik
tədbirlərinə əməl etmədiyini müəyyən edən qətnamənin müzakirəsi və
onunla bağlı səsvermə keçiriləcəyi gözlənilir.
Vyanada başlayan iclasda çıxış edən AEBA baş direktoru Rafael
Qrossi irəliləmək üçün yeganə yolun diplomatik həll olduğuna əmin
olduğunu deyib.
"Keçən aylar ərzində mən İran İslam Respublikası ilə
ABŞ arasında ikitərəfli danışıqların dəstəklənməsi məqsədilə fəal
məsləhətləşmələr apararaq onlarla sıx və intensiv əməkdaşlıq
etmişəm. Məqsəd qarşılıqlı qəbul edilə bilən, İranın nüvə
proqramının sülh məqsədli olduğuna zəmanət verən razılığın əldə
olunmasıdır", - Qrossi əlavə edib.
Tehran AEBA-nın vacib
iclası ərəfəsində mövqeyində israr edir
Rəsmi Tehran iyunun 8-də bəyan edib ki, BMT-nin nüvə proqramlarına
nəzarət orqanı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA)
ilə əməkdaşlığını məhdudlaşdıra bilər. Bildirilib ki, bu gün,
iyunun 9-da başlayacaq iclasda Tehranın 20 il ərzində ilk dəfə
olaraq təhlükəsizlik tədbirlərinə əməl etmədiyini bildirən qətnamə
AEBA tərəfindən qəbul olunarsa, bu addım atılacaq.
"Əlbəttə, AEBAİran İslam Respublikasının geniş və
dostyana əməkdaşlığını davam etdirəcəyini
gözləməməlidir", - İranın Atom Enerjisi Təşkilatının
nümayəndəsi Bəhruz Kamalvəndi qətnamənin AEBA-nın iclasında qəbul
olunacağı təqdirdə Tehranın reaksiyası barədə dövlət televiziyasına
danışarkən bildirib.
İran bundan əvvəl AEBA-nın Vyanada keçirilən rüblük toplantısında
qətnaməni irəli sürən Qərb dövlətlərinə qarşı sərt addımlar
atacağına söz verib.
İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 6-da X
platformasında paylaşımında Böyük Britaniya, Fransa və Almaniyanı
(E3) yalan yerə İranı öhdəliklərini pozmaqda ittiham etdiklərinə
görə tənqid edib. O, bu addımın böhran yaratmaq məqsədilə
atıldığını bildirib.
"Avropa növbəti böyük strateji səhvə hazırlaşdığı bir
vaxtda sözlərimi yadda saxlayın: İran öz hüquqlarının hər hansı
pozuntusuna qarşı güclü reaksiya verəcək. Günah tam şəkildə yalnız
və yalnız nüfuz qazanmaq üçün heç nədən çəkinməyən məsuliyyətsiz
tərəflərin üzərindədir", - Əraqçi xəbərdarlıq
edib.
E3 tərəfindən hazırlanan və ABŞ tərəfindən dəstəklənən qətnamə
layihəsi iyunun 5-də AEBAİdarə Heyətinin 35 üzvü ilə paylaşılıb.
AEBA İdarə Heyəti 9-13 iyun tarixlərində özünün rüblük iclasını
keçirəcək.
AEBA-nın son rüblük hesabatında bildirilib ki, İran yüksək dərəcədə
zənginləşdirilmiş uran istehsalını kəskin şəkildə artırıb və 60
faiz zənginləşdirilmiş uranın ehtiyatını 408.6 kiloqrama çatdırıb.
Bu göstərici fevralda cəmi 275 kiloqramdan az idi.
Agentlik həmçinin İranı zəif əməkdaşlığa, xüsusən də bəyan
edilməmiş ərazilərdə aşkar edilən nüvə izlərini izah etməməsinə
görə tənqid edib.
İsraillə bağlı "məlumat
xəzinəsi"
60 faiz zənginləşdirmə silah səviyyəli material üçün tələb olunan
90 faiz həddindən aşağı olsa da, bu göstərici 2015-ci il beynəlxalq
nüvə sazişi ilə müəyyən edilmiş 3.67 faiz məhdudiyyətini xeyli
aşır. ABŞ prezidenti Donald Tramp həmin sazişdən 2018-ci ildə, ilk
prezidentlik dövründə çıxıb. Tramp yanvarda yenidən ikinci müddətə
prezidentliyə qayıdıb.
Bu, Trampın İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq məqsədilə
Tehranla yeni bir razılaşma əldə etməyə çalışdığı vaxta təsadüf
edir.
Vaşinqton və Tehran arasında danışıqların beş raundu baş tutub.
Uranın zənginləşdirilməsi əsas mübahisə mövzularından biri olaraq
qalır. ABŞ administrasiyası İranın bütün zənginləşdirmə
fəaliyyətlərini dayandırmalı olduğunu bildirir, İran isə bu tələbi
rədd edir.
Tehranın danışıqlar heyətinə rəhbərlik edən Əraqçi mayın 31-də
bildirib ki, Oman vasitəçiliyi ilə aparılan danışıqlardan sonra
ABŞ-dən mümkün razılaşmaya dair "elementlər" alınıb.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə iyunun 8-də
bildirib ki,
"ABŞ planında sanksiyaların ləğvindən,
ümumiyyətlə, bəhs olunmur".
O, Vaşinqtonu Tehranın qəbul edə bilməyəcəyi "birtərəfli"
razılaşmanı zorla qəbul etdirməyə çalışmaqda ittiham edib.
Eyni zamanda, İranın kəşfiyyat naziri İsmayıl Xatib heç bir sübut
təqdim etmədən Tehranın İsrailin nüvə proqramına dair "önəmli bir
məlumat xəzinəsi" ələ keçirdiyini iddia edib.
Bu açıqlamalar İranın dövlət yayımçısı IRIB-in İsrailə qarşı
"tarixdə ən böyük kəşfiyyat əməliyyatlarından biri" adlandırdığı
bir hadisəni işıqlandırmasından sonra səsləndirilib. İddialara
görə, İran kəşfiyyatı İsrailin nüvə layihələri və obyektləri ilə
bağlı minlərlə sənəd daxil olmaqla, böyük həcmdə məxfi sənədləri
İsrail ərazisindən əldə edib.
Nazir bildirib ki, bu sənədlər - ABŞ, Avropa və digər ölkələrlə də
bağlı olduğu iddia olunur - tezliklə ictimaiyyətə açıqlanacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415