Marneuli meriyası 1224 lari 80 tetri dəyərində gigiyenik vasitələri sadələşdirilmiş qaydada alıb
Marneuli meriyası 1224 lari 80 tetri dəyərində gigiyenik vasitələri sadələşdirilmiş qaydada alıb. Özünüidarə 45 növ məhsulu “Marneuli Mall”dan əldə edib.

Büdcədən vəsaitin ayrılması üçün Marneuli meri Kənan Ömərov Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik Sexniaşviliyə müraciət edib.

“Xatırladaq ki, Marneuli meriyasında gigiyenik vasitələrə ehtiyac var. Xahiş edirik, müvafiq xidmətə alqı-satqı ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin aparılması tapşırığı verəsiniz,”
– izahat məktubunda deyilir.

Qeyd edək ki, Marneuli meriyası gigiyenik ləvazimatların alınması üçün sadələşdirilmiş müqavilələrdən tez-tez istifadə edir. Belə hallarda təchizatçı ilə müqavilə tender prosedurundan kənar bağlanır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google