Ukrayna dronlarının Rusiya hava qüvvələrinin uzaqmənzilli aviasiya
aerodromlarına qarşı hücumundan sonra Rusiya strateji bombardmançı
təyyarələrini
- Tu-160, Tu-95MS və Tu-22M3-ü İrkutsk və Murmansk bölgələrindəki
hərbi aerodromlardan, əsasən, Uzaq Şərqdə yerləşən digər
aviabazalara köçürüb.
"Agentstvo"nun yazdığına görə, bunu OSINT analitiki "AviVector"un
tədqiq etdiyi peyk görüntüləri təsdiqləyir.
"AviVector"un araşdırmasına görə, Rusiya Tu-160 bombardmançılarını
Kamçatkadakı "Yelizovo", Çukotkadakı "Anadır" və Kazandakı
"Borisoqlebski" aviabazalarına yerləşdirib.
5 iyun
'Reuters': 'Pautina' əməliyyatında
Rusiya 20 təyyarə itirib
Amerika kəşfiyyatının məlumatına görə, iyunun 1-də Ukraynanın
Rusiya hərbi aerodromlarına endirdiyi dron zərbələri nəticəsində 20
hərbi təyyarə sıradan çıxarılıb. Bu barədə "Reuters" ABŞ
rəsmilərinə istinadən məlumat yayıb.
Təxminən 10 təyyarə məhv edilib, qalanları isə zədələnib. Bu rəqəm
Ukrayna prezidenti Volodimir Zelenskinin açıqladığı göstəricidən
xeyli aşağıdır. Zelenski bildirmişdi ki, hücum zamanı 41 hərbi
təyyarə zədələnib və onların yarısı bərpa olunmaz
vəziyyətdədir.
Bununla belə, "Reuters"in mənbələri, əməliyyatın əhəmiyyətini
vurğulayıblar. Onlardan biri qeyd edib ki, bu zərbələrdən sonra
Rusiya atəşkəs danışıqlarında daha sərt mövqe tuta bilər.
ABŞ rəsmiləri bildirir ki, Vaşinqton planlaşdırılan hücumla bağlı
Ukraynadan əvvəlcədən heç bir məlumat almayıb.
İyunun 3-də ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit
Kelloq televiziya müsahibəsində deyib ki, Ukraynanın həyat
keçirdiyi bu əməliyyat müharibənin genişlənmə riskini ciddi şəkildə
artırıb. Səbəb kimi Ukraynanın Rusiyanın "nüvə üçlüyü" adlandırılan
müdafiə sisteminin əsas komponentlərindən birinə zərbə endirməsi
göstərilir.
İyunun 4-də Vladimir Putinlə telefon danışığından sonra ABŞ
prezidenti Donald Tramp bəyan edib ki, Moskva bu hücuma cavab
vermək niyyətindədir.
Kelloq Rusiya aviabazalarına zərbələrdən sonra müharibənin
genişlənəcəyi riskindən bəhs edir
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyunun
3-də "Fox News"a müsahibəsində deyib ki, Ukraynanın Rusiya hərbi
aerodromlarına hücumu müharibənin daha da gərginləşməsi riskini
artırıb.
Bu əməliyyatı "çox cəsarətli" adlandıran Kelloq bunun Ukraynanın
təslim olmadığını göstərdiyini deyib. Bununla belə, o əlavə edib
ki, belə hücumlar nəticəsində "risk səviyyəsi əhəmiyyətli dərəcədə
artır", çünki bu, Rusiyanın nüvə üçlüyünün bir komponentinə zərbə
vurulması deməkdir. Kelloq bildirib ki, Rusiyanın bu hücuma necə
cavab verəcəyi bəlli deyil.
"Risk səviyyəsi artır. Mən
düşünürəm ki, bizim də yayınmağa çalışdığımız şey məhz
budur", - o deyib.
Rusiyanın nüvə doktrinası, prinsipcə, strateji obyektlərə hücuma
cavab olaraq nüvə silahından istifadə etməyə icazə verir.
Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev istisna
olmaqla, Rusiya rəhbərliyi hərbi aerodromlara hücumla bağlı hələ
şərh verməyib. Medvedev isə cavab tədbirləri ilə hədələsə də, bu
dəfə özünəxas nüvə ritorikasına yer verməyib.
Ağ ev isə vurğulayır ki, Ukrayna 1 iyun hücumu ilə bağlı ABŞ-ni
əvvəlcədən xəbərdar etməyib.
Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, "Pautina" əməliyyatı
zamanı Rusiyanın 41 təyyarəsi məhv edilib və ya zədələnib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415