İordaniya, İsrailin İrana endirdiyi zərbələrdən sonra hava
məkanını müvəqqəti olaraq bağlayıb.
Bu barədə məlumatı İordaniyanın Mülki Aviasiya Tənzimləmə
Komissiyası yayıb.
“Bu tədbir regionda hərbi gərginliyin artması fonunda
ehtiyat məqsədilə qəbul olunub”, – qurumun
məlumatında deyilir.
Komissiyanın rəhbəri Haitam Mistonun sözlərinə görə, qərar
beynəlxalq mülki aviasiya standartlarına və uçuş təhlükəsizliyi
öhdəliklərinə uyğundur.
Bundan əvvəl İordaniya hökumətinin sözçüsü Məhəmməd Mömani bəyan
etmişdi ki, İordaniya hava məkanının pozulmasına yol verməyəcək və
krallıq heç bir münaqişənin döyüş meydanına çevrilməyəcək.
CNN-in məlumatına görə, hava məkanlarını İsrail və İran da
bağlayıblar.