Nika Qvaramiyaya da həbs qətimkan tədbiri tətbiq olunub

“Dəyişikliklər naminə Koalisiyası”nın daha bir lideri – Nika Qvaramiya barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Cvebe Naçkebia çıxarıb.

Qvaramiya məhkəmə prosesində iştirak etməyib – onu vəkilləri təmsil edirdi. Proses zamanı o, Rustavi həbsxanasına yollanıb.

Qvaramiya Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə – Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışına əməl etməməkdə ittiham olunur. Prokurorluq bildirir ki, Qvaramiya “Gürcü Arzusu”nun təkpartiyalı Parlamentində yaradılan və “Vahid Milli Hərəkat”ın, həmçinin onun liderlərinin fəaliyyətini araşdıran komissiyanın iclasına getməkdən imtina edib. Komissiyanın sədri isə ədliyyə naziri olmuş Tea Tsulukianadır.

İstintaq komissiyasına qatılmadığı üçün Qvaramiyaya ilkin olaraq 30 min lari məbləğində girov təyin edilmişdi. O, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində bu məbləği ödəmədiyindən, prokurorluq həbs qətimkan tədbirinin tətbiqini tələb etdi və məhkəmə bu vəsatəti təmin etdi.

Eyni maddə ilə artıq “Dəyişikliklər naminə Koalisiyası”nın iki lideri – Zurab Caparidze və Nika Melia həbs olunub. Həmin ittihamla saxlanılanlardan biri də İrakli Okruaşvilidir.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google