Mixeil Kavelaşvili 2024-cü ilin dekabr ayından Gürcüstanın
prezidenti vəzifəsini icra edir.
O, seçicilər tərəfindən seçilmən ölkənin ilk prezidentidir. Yəni
Kavelaşvili seçicilər kollegiyası tərəfindən seçilib.
Prezidentin təqdim etdiyi son əmlak bəyannaməsində ötən il ərzində
əldə olunan gəlirlər və xərclər əks olunub. Mixeil Kavelaşvili
Tbilisidə, Qabashvili küçəsində yerləşən 88 kvadratmetrlik bir
qaraja sahibdir.
Əvvəlki bəyannamədə o, öygey oğlu Qiorqi İvanişvilini göstərib.
Həmin şəxsin adına Tbilisidə, Çavçavadze prospekti 83 ünvanında
yerləşən 134 kvadratmetrlik mənzil qeydiyyatda olub. Yeni
bəyannamədə isə prezident oğlu Quram Kavelaşvili qeyd edib. Quram
Kavelaşvili "Telavi" futbol klubunun oyunçusudur.
Bank hesablarına gəlincə, Mixeil Kavelaşvili ümumilikdə iki hesabda
vəsait göstərib. Biri kreditin qaytarılması üçün istifadə edilən 51
min lari məbləğində hesab, digəri isə 6 min lari olan adi bank
hesabıdır.
Deputat kimi çalışdığı müddətdə o, 44 612 lari məbləğində əmək
haqqı alıb. Oğlu Quram Kavelaşvili isə futbol klubundakı fəaliyyəti
nəticəsində 5 698 lari gəlir əldə edib.
Əmlak bəyannaməsində Mixeil Kavelaşvili həmçinin “GeoMak” MMC-də 40
faiz paya sahib olduğunu göstərir. Onun sözlərinə görə, ötən il bu
şirkətdən hər hansı bir gəlir əldə etməyib.
Bank öhdəliklərinə gəldikdə isə, prezidentin 56 min lari məbləğində
istehlak krediti mövcuddur.
2025-ci ildən etibarən Mixeil Kavelaşvilinin əmək haqqısı
nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, yanvarın 1-dən prezidentin
illik əmək haqqısı 159 600 lari təşkil edir. Müqayisə üçün qeyd
edək ki, keçmiş prezident Salome Zurabişvilinin illik maaşı 83 600
lari idi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415