İsrail-İran qarşıdurması fonunda Tbilisidən 12, Batumidən isə 7 aviareys ləğv olunub
İsrail və İran arasında gərginliyin artması fonunda Tbilisi Beynəlxalq Hava Limanından 12, Batumi hava limanından isə 7 reys ləğv olunub. Bu barədə BMG-yə "TAV Georgia" şirkətindən məlumat verilib. Şirkətin bildirdiyinə görə, ləğv edilən uçuşlar təkcə İsrailə deyil, həm də Yaxın Şərq ölkələrinə olan reysləri əhatə edir.

İyunun 13-nə keçən gecə İsrail Müdafiə Ordusu İran ərazisinə hava hücumu təşkil edib. İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, zərbələr Nətənz şəhərində yerləşən uranın zənginləşdirilməsi üzrə əsas obyektə və nüvə bombası üzərində işləyən iranlı alimlərə endirilib.

Qarşıdurma ilə əlaqədar olaraq İsrail, İran, İraq və İordaniya öz hava məkanlarını müvəqqəti olaraq bağlayıb. İranın cavab hücumu təhlükəsinə görə İsraildə fövqəladə vəziyyət elan edilib və Ben Qurion hava limanı fəaliyyətini dayandırıb.

Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google