Kremlə dost şərhçilər və televiziya proqramları bu həftə
Los-Ancelesdəki etirazların hər kadrını diqqətlə izləyib
və onlardan bəziləri ABŞ-nin yeni "vətəndaş müharibəsi"nin
ortasında olduğunu iddia edib.
Dövlətə məxsus "Rossiya-1" telekanalının tanınmış aparıcısı
Vladimir Solovyov açıq şəkildə deyib:
"Gördüklərimdən
zövq alıram". Və zövq alan tək Solovyov deyil.
"ABŞ-də vətəndaş müharibəsinin başlanması münasibətilə
təbriklər", - Kreml-tərəfdarı olan televiziya siması
Sergey Mardan bildirib.
"Təəssüf ki, zarafat
edirəm", - o, soyuqqanlıqla əlavə edib.
AzadlıqRadiosunun "Current Time" layihəsinin müxbiri Andrey
Çerkasov son bir neçə gündə Rusiya hökumətinə yaxın medianın
gündəmini araşdıraraq ABŞ-də genişmiqyaslı xaosun hökm sürdüyünü
iddia edən çoxsaylı materiallar tapıb.
"Əslində Los-Ancelesdəki iğtişaşlar kiçik bir ərazi ilə
məhdudlaşır, lakin (rusiyalı) təbliğatçılar bunu ümummilli fəlakət
kimi qələmə verirlər",- Çerkasov qeyd edib.
İndiyədək yayılan əsas kadrlar, əsasən, Los-Anceles bölgəsində baş
verən küçə etirazlarına aiddir. Bu etirazlar ABŞ Daxili
Təhlükəsizlik Nazirliyinə tabe olan federal hüquq-mühafizə orqanı
Miqrasiya və Gömrük Polisinin (ICE) qeyri-qanuni miqrant
şübhəlilərin saxlanması ilə əlaqədar başlayıb.
Los-Anceles meri Karen Bass da daxil olmaqla yerli sakinlər ICE
əməliyyatlarının və reydlərinin dayandırılmasını tələb edir.
ICE açıqlayıb ki, iyunun 6-da bir iş yerində 40-dan çox şübhəli
qeyri-qanuni miqrantı həbs edib və əlavə olaraq Los-Anceles bölgəsi
üzrə ICE və federal əməkdaşlar tərəfindən daha 77 nəfər saxlanılıb.
Bu həbs əməliyyatları etirazların əsas səbəbi kimi görünür.
"Bu, miqrantlar şəhəridir. Bu, sizin hüquqi statusunuzu əldə
etməyinizə kömək etmək istəyən şəhərdir. Bu, burada olan hər kəsi,
nə vaxt gəldiyindən və haradan gəldiyindən asılı olmayaraq, qəbul
edən şəhərdir", - mer K.Bass bildirib.
Ancaq Kremlə dost jurnalistlər daha gərgin bir baxış bucağı təqdim
edir və bundan da böyük məmnunluq duyurlar.
"Etiraf edirəm ki, mən bütün bunlara görə sevinmədən
dura bilmirəm. ABŞ üçün vəziyyət nə qədər pis olsa, bizim üçün bir
o qədər yaxşıdır", - S.Mardan "Rossiya-1"in efirində
söyləyib.
Çerkasovun da qeyd etdiyi kimi, "ABŞ-dəki narazılıqların
alqışlanması Kreml və Kreml-tərəfdarı media üçün adi haldır".
"Nəhayətində bu media orqanları son 20 il ərzində ABŞ-ni öz
ölkələrinin əsas rəqibi kimi təqdim edən sorğular hazırlayıb", -
Çerkasov xatırladıb.
O əlavə edib ki, Kreml-tərəfdarı çoxsaylı media orqanları
Los-Anceles bölgəsini "qiyamət mənzərəsi" (apokaliptik) kimi təqdim
edir. Eyni zamanda o qeyd edib ki, ABŞ-dəki bəzi televiziya
kanalları da ən azı bəzən oxşar ifadələrdən istifadə edirlər.
Məsələn, CBS telekanalının "Face the Nation" proqramının
izləyiciləri belə bir xəbər eşidiblər:
"ICE-in ölkə
daxilində fəallığının artmasından sonra həftəsonu Los-Anceles
bölgəsində xaos baş qaldırıb".
"Rəngli inqilabın bütün
elementləri oradadır".
Çerkasov vurğulayıb ki, Kreml ilə əlaqəli media orqanları ən çox
sensasion elementlərə xüsusi maraq göstərir:
"Rusiya
aparıcıları hər detalın – uçan daşların, tüstünün və rezin
güllələrin – dadını çıxarırlar".
"Current Time"nin müxbiri bununla bağlı üç nümunə verir:
"Los-Ancelesdə xaos",- "Russia-1" telekanalı elan edib; "Döyüşlər,
zorakılıq və təxribatlar", - TVC telekanalının aparıcısı bildirib
və "Gərginlik artır", - "Russia-1"in digər bir aparıcısı
Los-Ancelesdəki vəziyyəti təsvir edib.
Çerkasov əlavə edib ki, Putin tərəfdarı mediada ənənəvi
yanaşmalardan biri də 10 il əvvəl Ukraynanın "Avromaydan"
etirazlarının xatırladılmasıdır.
"Sadəcə 2014-cü ilin Kiyev "Maydan"ını yada salın: Ora
da müharibə zonasına çevrilmişdi", - Rusiyanın "Vesti
FM" radiosunun şərhçisi bildirib.
Çerkasov qeyd edib ki, Los-Anceles etirazlarının arxasında qəsdən
planlaşdırılmış təxribatların olduğu iddiası da Kreml-tərəfdarı
medianın adi yanaşmasıdır:
"Kreml həmişə vətəndaş
etirazlarının arxasında xarici dəstək olduğunu irəli sürməyə
çalışır".
Rusiya mediası 2003-cü ildə Gürcüstanda "Qızılgül inqilabı" və
2004-cü ildə Ukraynada "Narıncı inqilabı" kimi adlandırılan rəngli
inqilabların da ABŞ agentlərinin işi olduğunu iddia edir.
Rusiyanın "Kanal 5" telekanalının aparıcısı Los-Anceles etirazları
ilə bağlı fikrini yekunlaşdırarkən deyib:
"Rəngli
inqilabın bütün elementləri oradadır".
Solovyovun "Solovyov Live" verilişinin qonağı isə bildirib ki,
"Bu, (Los-Ancelesdəki etirazlar) öz-özünə baş
verməyib".
Qərb mənbələrinə görə, 6 iyundan bəri Los-Ancelesdə təxminən 400
nəfər saxlanılıb, onların arasında 330 qeyri-qanuni miqrant və 157
nəfər hücum və (əməliyyata) maneçilik ittihamları ilə üzləşən
şəxslər var. Onlardan biri isə polis zabitinə qarşı qətlə cəhddə
ittiham olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415