Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Praqada
keçirilən GLOBSEC beynəlxalq təhlükəsizlik forumunda iştirak
edir.
Forum çərçivəsində Salome Zurabişvili Çexiya prezidenti Petr Pavel
və Fransanın Avropa məsələləri üzrə naziri Benyamin Hadad ilə
görüşüb.
Zurabişvilinin mətbuat xidmətinin məlumatına görə, o, Çexiya
prezidentilə və Fransanın Avropa naziri ilə görüşlər zamanı
Gürcüstanda baş verən hadisələr, “Gürcü Arzusu”nun həyata keçirdiyi
kütləvi repressiyalar, siyasi fiqurların həbs olunması, yüksək
məbləğli cərimələr və “Gürcü Arzusu”nun xarici siyasət kursu və
siyasəti ilə razılaşmayan cəmiyyət nümayəndələrinə qarşı kütləvi
cərimələmələr haqqında danışıb.