Batutmi şəhərində supermarketə edilən silahlı hücumla bağlı iki
nəfər qrup halında quldurluqda təqsirli bilinərək məhkum edilib.
Gürcüstan Prokurorluğunun yaydığı məlumata əsasən, Xelvaçauri Rayon
Məhkəməsi həmin şəxsləri müvafiq olaraq 11 və 8 il müddətinə
azadlıqdan məhrum edib.
İstintaq və məhkəmə zamanı sübuta yetirilib ki, təqsirləndirilən
şəxslər odlu silaha bənzər əşya nümayiş etdirməklə Batumidə
yerləşən “Billion” supermarketinə daxil olublar, kassiri həyat üçün
təhlükəli zor tətbiq edəcəkləri ilə hədələyərək 2 145 lari
məbləğində pulu ələ keçiriblər.
Prokurorluq həmin şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin
179-cu maddəsinin bir neçə bəndi ilə – yəni qrup halında, təkrar və
əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş quldurluq
ittihamı ilə cinayət işi qaldırıldığını bildirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415