“Gürcü Arzusu”nun deputatı Nino Tsilosani 2024-cü ildə əldə etdiyi
gəlirlər və xərclər barədə əmlak bəyannaməsini təqdim edib.
Sənədə əsasən, o, Tbilisidə və regionlarda bir neçə daşınmaz əmlak
obyektinə sahibdir.
Deputatın mülkiyyətinə daxildir:
- Tbilisidə, Mosaşvili küçəsində yerləşən 162
kvadratmetrlik ticarət sahəsi,
- Dadiani küçəsində yerləşən 83 kvadratmetrlik
qeyri-yaşayış sahəsi,
- Kvişxeti küçəsində 182 kvadratmetr sahəsi olan başqa
bir qeyri-yaşayış obyekt,
- Tamaraşvili küçəsində 225 kvadratmetrlik
mənzil,
- Zaldastanişvili küçəsində yerləşən 190 kvadratmetrlik
yaşayış evi,
- Urekidə 409 kvadratmetrlik torpaq sahəsi.
Bəyannamədə qeyd olunur ki, Tsilosani ötən il 95 000 ABŞ dollarına
Land Rover Defender markalı avtomobil alıb. Onun bank hesablarında
73 000 dollar və 25 000 lari, nağd şəkildə isə 100 000 ABŞ dolları
və 70 000 lari saxladığı qeyd edilib.
Deputat həmçinin bir sıra yerli və xarici şirkətlərdə pay
sahibidir:
- ALMITRANS s.r.o. (Çexiya) – 25%,
- US Trading Company (ABŞ) – 25%,
- “Mkurnali 2022” MMC (Gürcüstan) – 52% (buradan 2024-cü
ildə əldə etdiyi gəlir 70 886,78 lari),
- En-Duo Konsept” MMC – 23%,
- “En-Duo Qrupi” MMC – 10%.
Bəyannamədə həmçinin digər gəlir və xərclər də qeyd olunub:
- İcarə müqavilələri əsasında əldə olunan ümumi gəlir –
228 888 lari,
- Övladının təhsil haqqı – 15 646,93 lari,
Hədiyyələr:
- Valideynlərə – 250 000 lari,
- Uşaqlara – 46 850 ABŞ dolları və 15 820
funt-sterlinq,
- Səfər xərcləri – Portuqaliya, ABŞ və Gürcüstan
daxilində ümumilikdə təxminən 19 000 lari.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415