Müğənni üçün “nəğd” 30 000 lari və qarşılıqlı etirazlar — Marneuli Bələdiyyəsinin tenderində qalib gələn şirkət mümkün hüquqi davaya başlaya bilər
Yerli mediada (24news.ge) yayılan məlumata görə, Novruz bayramında Azərbaycandan dəvət olunmuş müğənninin qonorarını Marneuli Bələdiyyəsinin müqavilə bağladığı şirkət ödəməyib. Bayram tədbirinin təşkili Bələdiyyənin tenderində qalib gələn “Geoprofi” MMC-yə həvalə olunub. Yerli özünüidarəetmə orqanı 168 966 lari yerinə şirkətə 144 561.70 lari ödəyib, bu da ümumi məbləğin cəmi 86 faizini təşkil edir.

“Marneuli” radiosu şirkətin direktoru Quram Qiqilaşvili ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışıb. Qiqilaşvili bildirib ki, bələdiyyə haqsız cərimələr tətbiq edib, şirkətin işinə müdaxilə edib və buna görə hüquqi müstəvidə mübarizə aparmaq niyyətindədir.

Marneuli bələdiyyəsi səhv qərarlar qəbul edib, bizə heç də aid olmayan cərimələr tətbiq edib. Biz işləri düzgün yerinə yetirmişik, bunun təsdiqi şəkillərlə mövcuddur və texniki parametrlərə cavab verirdi, lakin cərimələr yazdılar ki, texniki parametrlərə uyğun deyil. Bizə kobud şəkildə etiraz etdilər, hər cəhətdən yanlış davrandılar. Birincisi, qanunu pozdular və qanunsuz cərimələr yazdılar, ikincisi isə mənəvi cəhətdən onların hərəkətləri səhv idi. Üçüncüsü, onlar özü bütün müğənnilərlə əvvəlcədən razılaşıblar ki, bu ümumiyyətlə cinayətdir. Onlar qeyri-peşəkardırlar, necə deyim, bilmirəm,” – Qiqilaşvili bildirib.

O əlavə edib ki, Marneuli Bələdiyyəsinin əməkdaşları tədbirin icrası zamanı onların işinə müdaxilə edib, bu isə yolverilməzdir.

Belə bir hal oldu - biz dekorasiyanı yağışda 3 gün ərzində quraşdırırdıq, bələdiyyənin zibil toplayan maşını gəlib, konstrukasiyanı qırdı. Bələdiyyənin rəhbəri, cənab Temur Şubitidze qərar verdi ki, konstrukasiyanı qaldıraq, biz təmir etməyə başladıq. Orada bələdiyyənin dizaynerlərinin hazırladığı dayanıqsız arka (tavan) vardı, biz onu belə quraşdırmalı idik ki, aşmasın. Səhər arka onlara xoş gəlmədi və yenidən bəzəməyi qərara aldılar, bəzi güllər gətirdilər, qırılmış trosların arasında gülləri asmağa başladılar. Biz onlardan xahiş etdik ki, bunu etməsinlər, gözləsinlər, qulaq asmadılar. Bir əməkdaşları nərdivanla arkaya çıxdı, arka (tavan) aşdı və onların rəhbəri, Temur Şubitidzenin üzərinə düşdü. Belə bir hal baş verdi. Onlar bunu bizə üzərimizə yıxmağa çalışdılar. Onların tərəfdən ehtiyatsızlıq və qeyri-peşəkarlıq oldu, bizim yox. Buna görə bizə qarşı iddia qaldıra bilməzlər, amma hər şeyə qarşı iddiaları var, çox narahatdırlar. Bizim quraşdırdığımız bayraqların düşməsində də bizi günahlandırdılar və pul ödəmədilər, bu düzgün deyil. Orada həmçinin mədəniyyət evinin nümayəndəsi, qeyri-peşəkar bir şəxs dava edirdi. Çox məsələlərdə bizə mane oldular, bizə aid olmayan işləri bizdən tələb edirdilər, məsələn, hökumət orqanları ilə əlaqələr. Biz yalnız bələdiyyə ilə müqavilə bağlamışdır, amma hökumət administrasiyasının adamları bizim ətrafımızda idilər ki, bunu necə edəcəksiniz, onu necə edəcəksiniz. Hər şeyi bizə düzəltdirdilər və sonra dedilər ki, guya bəyənmədilər” – deyə Quram Qiqilaşvili bildirib.

Azərbaycandan dəvət olunan müğənnilərlə bağlı şirkət nümayəndəsi bildirib ki, ifaçıları Bələdiyyə özü seçib. “Geoprofi” daha sərfəli qiymətə alternativ müğənnilər təklif etsə də, bu təkliflər qəbul olunmayıb.

Razılaşmaya görə, tədbirdə mütləq Xətirə İslam və Ariz Hüseynovun çıxışı nəzərdə tutulmuşdu. Şirkət müğənnilərlə razılaşmışdı ki, ödəniş bələdiyyədən vəsait daxil olduqdan sonra həyata keçiriləcək.

Ancaq Qiqilaşvilinin sözlərinə görə, Xətirə İslamın 30 000 lari məbləğində qonorarını həmin gün Bələdiyyənin təzyiqi ilə nağd şəkildə ödəməli olublar. Ariz Hüseynov isə hələ də qonorarını almayıb. Şirkət rəhbəri bu borcu təsdiqləyib.

Biz razılaşmışdıq ki, Xətirə İslamın honorarını bələdiyyədən pul daxil olandan sonra ödəyək. Əvvəlcədən bir hissəsini verdik, otel bron etdik və s. Sonra Xətirə İslam bizə dedi ki, əgər pul nağd gətirilməsə, tədbirə gəlməyəcək. Kimsə bələdiyyədən zəng etdi və onun mövqeyini dəyişdirdi. Biz pulu ona çatdırdıq, daha doğrusu çatdırdırdılar. Bu bir az çətin məsələdir və aidiyyəti orqanlar araşdırmalıdır” – deyə o bildirib.

Quram Qiqilaşvili Marneuli Bələdiyyəsinə qarşı maliyyə zərərinin ödənilməsi məqsədilə hüquqi proses başlatmağı planlaşdırır və bu istiqamətdə sənədlər hazırlanır.

“Marneuli” radiosu Marneuli merinin müavini Temur Şubitidze ilə də əlaqə saxlayıb. O bildirib ki, bələdiyyənin fəaliyyəti qanun çərçivəsində həyata keçirilib və hər hansı iddia olarsa, hüquqi müstəvidə cavab verməyə hazırdırlar.

Tenderlər tam açıqdır, qəbul-təslim aktları və s., siz də baxa bilərsiniz. Bir neçə maddə var ki, yerinə yetirilməyib, ona görə pul ödənilməyib. Şirkətin iddiası olarsa, biz də reaksiya verəcəyik, başqa bir şey deyə bilmərəm. Biz tərəfdən yoxlama aparılıb, meriya əməkdaşları bu prosesə qoşulmuşdular. Onlar sənədləri hazırlayıb və ona əsasən hesablaşma, qəbul-təslim həyata keçirilib. Hər şey qanunidir. Kiçik uyğunsuzluqlar ola bilər, hər yerdə pul ona əsasən ödənilir, başqa nə deyə bilərəm. Hər zaman, hər məsələ Kiçik uyğunsuzluqlar ola bilər, pul ona əsasən ödənilir, başqa nə deyə bilərəm. Hər zaman, hər məsələdə biz hazırıq” – deyə Temur Şubitidze bildirib.

Novruz tədbiri ilə bağlı tender müqaviləsinə əsasən, yerli özünüidarə orqanı “Geoprofi” MMC-yə texniki göstəricilər də daxil olmaqla, bir neçə istiqamətdə iradlar irəli sürüb. Yoxlamalar isə Bələdiyyənin öz əməkdaşları tərəfindən aparılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google