“Georgian Airways” tərəfindən yayılan rəsmi məlumata əsasən, 16 və
17 iyun tarixlərində Tbilisi–Təl-Əviv–Tbilisi istiqamətində nəzərdə
tutulan uçuşlar
təhlükəsizlik səbəblərinə görə ləğv olunub.
Şirkətin məlumatında qeyd olunur ki, artıq bu reyslərə bilet almış
sərnişinlərə biletlərini dəyişmək və ya ödənilən məbləği geri almaq
imkanı təqdim olunur. Bu prosedurlar biletin alındığı yerdə həyata
keçirilə bilər.
“Georgian Airways” onu da bildirir ki, Təl-Əviv istisna olmaqla,
digər istiqamətlər üzrə planlaşdırılan bütün reyslər qrafikə uyğun
olaraq fasiləsiz davam etdirilir.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi İsrail və İran arasında
artan gərginlik fonunda həyata keçirilir.
Xatırladaq ki, İran tərəfindən İsrailə qarşı həyata keçirilən hava
hücumları nəticəsində ölənlərin sayı artıq 10 nəfərə çatıb. İsrail
isə cümə günü, sübh saatlarında İranda yerləşən hərbi obyektlərə
genişmiqyaslı hava zərbələri endirib.
İranın dövlət mediasının məlumatına görə, hücum nəticəsində İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami,
bir neçə yüksək rütbəli hərbi vəzifəli şəxs və nüvə üzrə
ixtisaslaşmış elm adamı həlak olub.
İsrail Müdafiə Qüvvələrinin (IDF) açıqlamasına əsasən, İran cümə
günü səhər saatlarında İsrail istiqamətinə təxminən 100 pilotsuz
uçuş aparatı (PUA) göndərib, lakin onların hamısı İsrail qüvvələri
tərəfindən zərərsizləşdirilib.
Hücumların əsas hədəflərindən biri İranın əsas uran zənginləşdirmə
obyekti olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415