Sosial Tədqiqat və Təhlil İnstitutunun (ISSA) araşdırmasına
əsasən, Gürcüstanda əhalinin 54,5%-i müxalifət partiyalarının
2025-ci ildə keçiriləcək yerli
seçkilərdə iştirakını dəstəkləyir.
Müsahiblərə verilən “Müxalifət partiyaları 2025-ci il bələdiyyə
seçkilərində iştirak etməlidirmi?” sualına cavablar belə
bölünüb:
Bəli – 54,4%
Xeyr – 22,3%
Bilmirəm / Cavab verməkdən imtina edirəm – 23,2%
Araşdırma göstərir ki, rəqəmlər Tbilisi ilə regionlar arasında
fərqlidir. Tbilisidə müxalifətin seçkilərdə iştirakını 50%
dəstəkləyir, qalan 50% isə ya əleyhinədir, ya da cavab verməkdən
imtina edir. Regionlarda isə 56,4% müsahiblər iştirakın
tərəfdarıdır.
Siyasi baxışlara görə bölgü:
Tədqiqatda qeyd olunur ki, seçkilərdə iştirak etməyə ən çox hazır
olanlar “Gürcü Arzusu”-nun tərəfdarlarıdır – onların 60%-i iştirak
etməyə hazır olduqlarını bildiriblər. Ən aşağı iştirak hazırlığı
isə “Dəyişikliklər üçün Koalisiya”-nın seçiciləri arasında müşahidə
olunur – cəmi 33%.
Yerli seçkilərin vaxtı ilə bağlı ictimai mövqelər də bölünür:
Əhalinin 36%-i hesab edir ki, bələdiyyə seçkiləri Parlament
seçkiləri ilə birlikdə keçirilməlidir.
39%-i isə bu seçkilərin Parlament seçkilərindən ayrıca
keçirilməsini dəstəkləyir.
Tbilisidə müsahiblərin 46%-I bələdiyyə və Parlament seçkilərinin
birgə keçirilməsinin tərəfdarıdır. Regionlarda isə əksinə – 40%
yerli seçkilərin ayrıca keçirilməsini dəstəkləyir.
Seçkilərin ədalətli keçirilməsi ilə bağlı ictimai rəy də
bölünür:
Seçkilərin ədalətli olacağını düşünənlər – 42,5%
Əksini düşünənlər – 42%
Partiyaların reytinqi (Bölmə metodu ilə):
Gürcü Arzusu – 35,2%
Dəyişikliklər naminə Koalisiya – 16,9%
Vahid Milli Hərəkat – 14,6%
Lelo – Güclü Gürcüstan – 13,4%
Qaxaria Gürcüstan naminə – 12,4%
ISSA-nın rəhbəri İaqo Kaçkaçişvilinin şərhi:
“Tbilisidə müxalifətin qələbə qazanması üçün bir neçə vacib şərt
mövcuddur. Əgər bu şərtlər yerinə yetirilməsə, müxalifətin uğur
qazanması çətin, bəlkə də mümkünsüz olacaq. Ən vacibi isə –
müxalifətin seçkilərdə iştiraka dair ortaq və razılaşdırılmış
mövqeyidir. Hazırda vəziyyət belədir: bir hissə iştirak edir,
digərləri isə yox. Bu isə “Gürcü Arzusu”nun məğlubiyyət
perspektivinə ciddi zərbə vurur.
Bundan əlavə, vahid müxalifət namizədi olmalı, həmçinin majoritar
namizədlər üzrə də koordinasiya olmalıdır – yəni, partiyalar
bir-birinin seçicilərindən dəstək almalıdırlar”, – deyə
Kaçkaçişvili qeyd edib.
Sorğu 2025-ci il 5–20 may tarixlərində Sosial Tədqiqat və Təhlil
İnstitutu (ISSA) tərəfindən, ABŞ-ın “Rosner Research” təşkilatı ilə
əməkdaşlıqda həyata keçirilib. İctimai rəy sorğusu birbaşa müsahibə
metodu ilə aparılıb və müsahibədə 2000 respondent iştirak edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bələdiyyə
və mer seçkiləri 2025-ci il 4 oktyabr tarixində keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415