ABŞ avtomobil idxalında liderdir – Gürcüstana bir maşının gətirilməsi neçəyə başa gəlir?
2025-ci ilin yanvar-aprel aylarında Gürcüstana yüngül avtomobillərin idxalı say baxımından 5% azalıb. Milli Statistika Xidmətinin məlumatına görə, bu dövrdə ölkəyə 55 037 ədəd, ümumi dəyəri 966.4 milyon ABŞ dolları olan yüngül avtomobil daxil olub. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 58 544 ədəd və 878.3 milyon dollar təşkil edirdi.

Bu il ölkəyə idxal olunan bir avtomobilin orta qiyməti (vergilərsiz) 17 min dollar olub, halbuki ötən il bu rəqəm 15 min dollar idi. Beləliklə, idxalın orta qiyməti təxminən 13% artıb.

Gürcüstana bir avtomobilin idxalı neçəyə başa gəlir?
2025-ci ildə avtomobillərin böyük hissəsi – 42 797 ədəd – ABŞ-dan gətirilib. Bu da ümumi idxalın 77%-ni təşkil edir. ABŞ-dan gətirilən avtomobillərin orta idxal qiyməti vergilərsiz 12 330 dollar olub.

Ən çox avtomobil gətirilən 5 ölkə (2025, yanvar-aprel):
  • ABŞ - 527.7 milyon ABŞ dolları - 42 797 ədəd (Bir avtomobilin orta qiyməti 12 330 dollardır)
  • Yaponiya - 110.7 milyon ABŞ dolları - 4 710 ədəd (Bir avtomobilin orta qiyməti 23 503 dollardır)
  • Almaniya - 166.9 milyon ABŞ dolları - 2 157 ədəd (Bir avtomobilin orta qiyməti 77 357 dollardır)
  • Çin - 12.3 milyon ABŞ dolları - 1 388 ədəd (Bir avtomobilin orta qiyməti 8 833 dollardır)
  • Türkiyə - 36.7 milyon ABŞ dolları - 756 ədəd (Bir avtomobilin orta qiyməti 48 596 dollardır)
Məlumat göstərir ki, Almaniyadan və Türkiyədən idxal edilən avtomobillər daha baha başa gəlir, ABŞ-dan isə həm qiymət, həm də say baxımından ən sərfəli və geniş yayılmış idxal bazasıdır.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər