Maliyyə polisinin keçmiş rəhbəri, bundan əvvəl isə “Gürcü Arzusu”
hökumətində ədliyyə nazirinin müavini
olmuş Daçi Beraia Gəlirlər Xidmətinin rəhbəri təyin edilib.
Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayıb.
İrakli (Daçi) Beraya 2025-ci il aprelin 2-dən iyunun 16-na qədər
Maliyyə Nazirliyinin İstintaq Xidmətinə rəhbərlik edib.
Daçi Beraya
haqqında
2016-cı ildən “Gürcü Arzusu”nun üzvü idi, 2022-ci il oktyabrın 4-də
isə “Xalqın Gücü”nə qoşuldu – bu, “Gürcü Arzusu”ndan “daha çox
həqiqət demək” məqsədilə ayrılan anti-Qərb partiyasıdır.
Beraia “xarici agentlər haqqında” qanun layihəsini hər iki halda –
həm 2023-cü ildə layihə geri çağırıldıqda, həm də 2024-cü ildə
qəbul edildikdə dəstəklədi.
Daçi Beraia 2016–2020 və 2020–2024-cü illərin çağırış parlamentinin
deputatı olub. O həmçinin 2024-cü il seçkilərindən sonra formalaşan
və leqitimliyi mübahisə doğuran parlamentin də üzvü idi.
Ədliyyə Nazirliyinin rəsmi məlumatına görə, “İrakli Beraia
ixtisasca iqtisadçıdır” və “Tbilisi Dövlət Universitetinin
iqtisadiyyat fakültəsini fərqlənmə ilə bitirib”.
Parlamentin saytında qeyd olunur ki, Beraia karyerasına 2001-ci
ildə “Birləşmiş Gürcüstan Bankı”nda kuryer kimi başlayıb, sonra
2004-cü ilə qədər həmin bankda mütəxəssis-dəyərləndirici olub. Daha
sonra Bidzina İvanişvilinin “Kartu Bankı”na keçib və 2016-cı ilə
qədər müxtəlif vəzifələrdə çalışıb, sonuncu vəzifəsi isə
Mərkəzləşdirilmiş İdarəetmə Departamentinin direktoru olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415