İyunun 15-dən 16-na keçən gecə İsrailin mərkəzi hissələrinə İranın
raket zərbələri nəticəsində azı 8 nəfər həlak olub,
təxminən 300 nəfər yaralanıb.
Petah-Tikva, Hayfa və Təl-Əvivin ətrafındakı yaşayış məntəqələrində
yaşayış binaları dağılıb və ya zədələnib. Axtarış-xilasetmə işləri
aparılır, dağıntılar altında insanların qalma ehtimalı var.
İsrail İranı mülki obyektləri hədəf almaqda ittiham edib. İran
rəsmiləri isə bildirirlər ki, onlar Tehranın raket və nüvə
proqramına qarşı İsrailin əməliyyatına cavab verirlər.
Artıq üç gündür davam edən hava zərbələri nəticəsində İsraildə
təxminən 20 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
İranın Səhiyyə Nazirliyi isə bildirib ki, münaqişə başlayandan bəri
ölkədə 224 nəfər həlak olub, xəsarət alan mindən çox adam
xəstəxanalara yerləşdirilib. Nazirliyin məlumatına görə, xəsarət
alanların 90 faizi mülki şəxslərdir.
ABŞ-də yerləşən "Human Rights Activists in Iran" hüquq-müdafiə
təşkilatı isə həlak olanların sayının 400-dən çox ola biləcəyini
ehtimal edir.
Trampdan sülh sazişi
çağırışı
ABŞ prezidenti Donald Tramp İsraillə İranı sülh sazişi bağlamağa
çağırıb.
"İran və İsrail saziş bağlamalıdırlar. Hindistanla Pakistanı saziş
bağlamağa məcbur etdiyim kimi, onlar da bağlayacaqlar...", – Tramp
"Truth Social" sosial şəbəkəsində yazıb.
Prezident daha öncə "ABCNews"a müsahibəsində deyib ki, Vaşinqton
İsrail-İran münaqişəsinə müdaxilə edə bilər. Amma onu da vurğulayıb
ki, hazırda ABŞ bu münaqişədə iştirak etmir.
"Biz bunda iştirak etmirik. Amma iştirakımız
mümkündür", - o deyib.
Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin sülh
danışıqlarında vasitəçiliyini istisna etməyib. "O hazırdır. Mənə
bununla bağlı zəng etmişdi. Biz bunu uzun-uzadı müzakirə
etdik", – Tramp bildirib.
İranın xarici işlər naziri Abbas Ərağçi isə deyib ki, Tehran nüvə
silahından imtinaya təminat verən saziş bağlamağa hazırdır.
"Biz İranın nüvə silahı olmayacağına təminat verəcək
istənilən sazişə hazırıq. Bizim də prinsipimiz odur ki, nüvə silahı
qadağandır. Amma əgər məqsəd İranın nüvə hüquqlarını almaqdırsa,
təbii ki, belə bir sazişə hazır deyilik", – Ərağçi
iyunun 15-də xarici səfirlərlə görüşdə deyib.
İran iyunun 15-də ABŞ ilə nüvə danışıqlarının növbəti raundunda
iştirakdan imtina edib. Ərağçinin sözlərinə görə, İran razılaşmaya
gətirəcək plan təqdim etməyi planlaşdırdığı bir vaxtda ABŞ
qəbuledilməz şərtlər irəli sürüb.
Yəməndəki husilər də İranla koordinasiyalı hərəkət edərək İsrailə
raket atdıqlarını bildiriblər.
Sadə vətəndaşlar qorxu və
əzab hisslərini təsvir edir
Raketlərin yaşayış ərazilərinə düşməsi nəticəsində ölüm hallarının,
dağıntıların və panikanın baş verdiyi bir vaxtda, həm İsraildə, həm
də İranda sadə insanlar qorxu və narahatlıq keçirirlər.
Adını açıqlamayan Tehran sakini iyunun 15-də AzadlıqRadiosunun
"Fərda" xidmətinə bildirib ki, gecə saat 03:00 radələrində o və
ailəsi evlərini "yerdən silkələyən" çox güclü partlayış səsinə
oyanıblar.
"Partlayışlar bir-birinin ardınca davam edirdi. Bina
titrəyirdi. Bu bizdə böyük bir qorxu yaratdı", -
qadın bildirib.
"Normal gündəlik həyatımız faktiki olaraq pozulub.
Gecələr yata bilmirik. Sakit qalmağa çalışırıq, amma bu, həqiqətən?
çox çətindir", - o əlavə edib.
Tehranda yaşayan başqa bir qadın isə bildirib ki, onun azyaşlı
qohumu dayanmadan ağlayır,
"məndən soruşur ki, biz sağ
qalacağıqmı?".
Yaşlı bir Tehran sakini isə "Radio Fərda"ya deyib ki, bu hücumlar
ona 1980-ci illərdə İran-İraq müharibəsi zamanı şahidi olduğu ağır
bombardımanları xatırladır.
"Bu, çox dəhşətlidir... Hər şey yenidən gözümün önünə
gəlir və mən çox stress keçirirəm", - qadın
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415