Azərbaycanın İrandakı səfirliyi əməkdaşlarının ailə üzvləri də
daxil olmaqla ilkin olaraq ümumilikdə 41 nəfər Azərbaycan
vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub.
AZƏRTAC-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN)
mətbuat katibi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, İrandakı
səfirlik və Təbriz şəhərindəki Baş konsulluq, habelə İsraildəki
səfirlik Azərbaycan vətəndaşlarının qaynar xəttlərə daxil olan
müraciətlərini nəzərdən keçirərək zəruri tədbirlər görürlər. Amma
A.Hacızadə indiyə kimi nə qədər Azərbaycan vətəndaşının müraciət
etdiyini açıqlamayıb.
İran Azərbaycanla qonşu ölkədir. Koronavirus pandemiyası səbəb
göstərilərək 2020-ci ilin yazında Azərbaycanın quru sərhədində
qonşu ölkələrlə gediş-gəliş məhdudlaşdırılıb. 2023-cü il mayın 5-də
Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını bəyan etsə
də, sərhəddə məhdudiyyətlər götürülməyib. Nazirlər Kabineti
məhdudiyyətlərin müddətinin uzadılmasını eyni səbəblə izah etsə də,
rəsmilər çıxışlarında təhlükəsizlik amillərindən bəhs edirlər. Amma
son günlər İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan dövləti
xarici vətəndaşların təxliyələri üçün Astara sərhəd-keçid
məntəqəsindən keçmələrinə şərait yaradır. Söhbət, əsasən, Rusiya
vətəndaşlarından gedir.
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı"
zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki,
hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının
qarşısını almaqdır.
Rəsmi Tehran da İsrailə cavab verməyə başlayıb. Artiq üç gündür
tərəflər qarşılıqlı şəkildə bir-birlərinə zərbələr endirməkdədir.
Hər iki tərəfdən itkilər var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415