Müharibədə həlak olmuş daha 1245 hərbçinin meyiti Ukraynaya
gətirilib.
Bu barədə iyunun 16-da Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya
Qərargahı məlumat yayıb.
Bildirilib ki, iyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında
əldə olunmuş razılaşma çərçivəsində bazar ertəsi meyitlərin
qaytarılmasının yekun mərhələsi baş tutub. Ümumilikdə, Ukrayna
tərəfi 6057 hərbçinin meyitini qəbul edib. Koordinasiya Qərargahı
bildirib ki, ən qısa müddətdə həlak olan hərbçilərin şəxsiyyəti
müəyyən ediləcək.
İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən
prezident müşaviri Vladimir Medinski bildirib ki, "Rusiya
İstanbulda verdiyi vədləri yerinə yetirib". Onun sözlərinə görə,
Ukraynaya 6060 zabit və əsgərin meyiti verilib, qarşılığında 78
rusiyalı hərbçinin meyiti qaytarılıb.
Keçən həftə tərəflər arasında hərbi əsirlərin mübadiləsi də baş
tutub. Ümumilikdə artıq dörd dəfə belə mübadilə həyata keçirilib.
Əsir mübadiləsi "1:1" nisbətində aparılır, lakin dəyişdirilənlərin
dəqiq sayı hələ açıqlanmır. Əsir mübadiləsinin ən azı gələn
həftənin sonuna qədər davam edəcəyi gözlənilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415