Parlament üzvü Nino Tsilosani 2024-cü ildə övladlarına və
valideynlərinə böyük məbləğdə pul hədiyyə edib.
O, mülkiyyət bəyannaməsində özü qeyd edir ki, böyük oğluna 15 820
funt-sterlinq, kiçik oğluna isə 46 850 ABŞ dolları bağışlayıb.
Onunla birlikdə yaşayan üçüncü övladının isə təhsil haqqı – 15 646
lari məbləğində vəsait ödənilib.
O, hədiyyəsiz valideynlərini də qoymayıb – bəyannaməyə əsasən,
Tsilosani 2024-cü ildə valideyninə 250 000 lari hədiyyə edib.
Beləliklə, deputat bu il ərzində demək olar ki, yarım milyon lari
dəyərində vəsaiti hədiyyə kimi verib.
Nino Tsilosani sonuncu mülkiyyət bəyannaməsini 2025-ci il yanvarın
28-də doldurub, bu da o deməkdir ki, sənəddə 2024-cü ilin
məlumatları əks olunub.
Səfər xərcləri
Deputat bəyannamədə göstərir ki, ötən il Gürcüstanda, Portuqaliyada
və ABŞ-da səyahətdə olub. O, Portuqaliyaya səfər üçün 7125 lari,
ABŞ-a səfər üçün 6000 lari, ölkədaxili səfərlər üçün isə 6115 lari
xərcləyib – ümumilikdə bu məbləğ 19 240 lari təşkil edir.
2024-cü ildə alınmış əmlak
Tsilosani 2024-cü ildə Tbilisinin Zaldastani küçəsində ev və qaraj
alıb, bu əmlaklar üçün ümumilikdə 470 000 ABŞ dolları ödəyib. Evin
sahəsi 190.5 kv.m, qaraj isə 17.7 kv.m-dir. Bundan əlavə, o,
2024-cü ilin dekabrında Mosasşili küçəsində 162.82 kv.m-lik
kommersiya sahəsi qeydiyyatdan keçirib. Bəyannaməyə əsasən, bu
əmlak 2018-ci ildə bağlanmış müqavilə əsasında alınıb.
Əvvəllər əldə olunmuş əmlak
2023-cü ildə Tsilosani Tbilisinin Dadiani küçəsində 82.9 kv.m-lik
kommersiya sahəsi alıb, lakin qeyd edir ki, bu əmlak 2011-ci ildə
alınıb. O, həmçinin Kvishxeti küçəsində yerləşən, sahəsi 182.75
kv.m olan qeyri-yaşayış sahəsini də orta mülkiyyət formasında alıb.
Bu iki əmlaka birlikdə 140 000 lari xərclənib.
O, həmçinin 2009-cu ildə dənizə yaxın ərazidə, Ureki qəsəbəsində
409 kv.m-lik torpaq sahəsini 40 000 lariyə alıb. Tsilosani
Tbilisinin Tamaraşvili küçəsində sahəsi 224.7 kv.m olan mənzilə də
sahibdir – bu mənzilin də 2009-cu ildə alındığı qeyd olunub.
Yeni avtomobil
2024-cü ildə Tsilosani 95 000 ABŞ dolları ödəyərək LAND ROVER
DEFENDER markalı avtomobil alıb.
Hesablar və əmanətlər
Bəyannamə təqdim olunan zaman deputatın 70 000 lari və 100 000 ABŞ
dolları məbləğində əmanəti olub.
Nino Tsilosaninin ABŞ və digər şirkətlərdəki
payları
Nino Tsilosaninin ABŞ-da qeydiyyatdan keçmiş “US Trading Company”
adlı şirkətindəki 25% pay keçmiş həyat yoldaşı Vladimir Abuladzenin
adına olub. Abuladze həmçinin Çexiyada təsis edilmiş “S.R.O
Almitrans” şirkətinin də 25%-nə sahibdir. “TV Pirveli”nin
məlumatına görə, Tsilosani bu Amerika şirkəti vasitəsilə
Gürcüstanda istehsal olunan geyimləri xaricə satır.
O, həmçinin “Mkurnali 2022” MMC-nin 52%-nə sahibdir və bu şirkətdən
ötən il 70 886 lari gəlir əldə edib. Tsilosaninin “Enduo-Koncepts”
MMC-də 23%, “Enduo” MMC-də isə 10% payı var.
Əmək haqqı ilə bağlı bəyannamədə qeyd olunur ki, o, 2024-cü ildə
maaş kimi 60 096 lari alıb, ondan əlində qalan məbləğ 56 208 lari
təşkil edib. O, icarəyə verilmiş əmlaklardan isə ümumilikdə 228 887
lari gəlir əldə edib.
Bəyannaməyə əsasən, deputatın banklara kredit borcu da var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415