Qəhrəmanlar Meydanındakı estakadada yoxlama işlərinə başlanacaq – Kaladze
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Qəhrəmanlar Meydanında yerləşən estakadada planlaşdırılmış texniki araşdırma və yoxlama işləri aparılacaq.

O, bildirib ki, bu proses estakadanın konstruktiv elementlərinin texniki yoxlanılmasını, onların dayanıqlılığının və funksionallığının qiymətləndirilməsini nəzərdə tutur.

"Şəhərin nəqliyyat siyasəti bir sıra vacib komponentlərdən ibarətdir. Burada əsas yer infrastrukturların qurulması, küçələrin yenilənməsi və bərpasına verilir. Eyni zamanda, yeraltı kommunikasiya xətlərinin yenilənməsinə də ciddi diqqət yetirilir. Şəhərin bəzi hissələrində yeraltı infrastrukturun vəziyyəti tənqidə dözmür. Buna görə də işlərə başlamazdan əvvəl ilk növbədə bu məsələlər həll olunur. Körpülərin təhlükəsizliyi də xüsusi əhəmiyyət daşıyır və bu, aidiyyəti qurumlar tərəfindən mütəmadi şəkildə yoxlanılır. Nəzarətin məqsədi paytaxtda nəqliyyat infrastrukturunun təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin etməkdir",
– deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Qəhrəmanlar Meydanındakı estakada ilə bağlı araşdırma və yoxlama işləri 19 iyun tarixində başlayacaq və 7 iyulda yekunlaşacaq.

"Planlaşdırılan işlərlə əlaqədar həmin müddət ərzində, gecə saatlarında (02:00-dan 06:00-a qədər) Qəhrəmanlar Meydanındakı estakadada avtomobil hərəkəti gün aşırı olaraq tamamilə məhdudlaşdırılacaq. Belə profilaktik tədbirlər potensial təhlükələrin qarşısının alınmasına xidmət edir", – deyə Tbilisi meri əlavə edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google