İsrail bildirir ki, İranın qərargahının yenicə təyin olunmuş rəhbəri də öldürülüb
İsrailin məlumatına görə, ötən gecə Tehranın mərkəzində yerləşən komanda qərargahına zərbə endirilib və İranın yeni təyin olunmuş qərargah rəisi Əli Şadmani öldürülüb.

Əli Şadmani "Hərbi Dövr Qərargahı"nın rəhbəri vəzifəsinə cümə günü, 13 iyun tarixində təyin olunmuşdu. Bu, general-leytenant Qolam Əli Rəşid İsrailin əvvəlki hücumları nəticəsində həlak olduqdan sonra baş vermişdi. Rəşid və Şadmani İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı olan "Xatəm əl-Ənbiyə" komandanlığına rəhbərlik edirdilər – bu struktur ölkənin müntəzəm ordusu ilə İnqilab Keşikçiləri Korpusu arasında koordinasiyanı təmin edir.


İran, hələlik, İsrailin Şadmaninin öldürülməsi ilə bağlı açıqlamasına rəsmi reaksiya verməyib.

Dünən İsrail eyni zamanda İranın dövlət televiziyasını da hədəf alıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, bu hücumlar İranın nüvə proqramını əhəmiyyətli dərəcədə zəiflətdi:

“Güman edirəm ki, biz onları çox-çox uzun müddət geri atdıq”, – deyə o bildirib.

İsrail üç əsas İran nüvə obyektini bombaladığını açıqlayıb.

13 iyun tarixində İsrail "Dik Dayanan Şir" adlı hava və kəşfiyyat əməliyyatına başladığını elan etdi. Əməliyyatın məqsədi İranın nüvə və hərbi infrastrukturunun neytrallaşdırılması idi. Buna cavab olaraq, İran İsrail istiqamətində raket və dronlar göndərdi.

Müharibə başladıqdan bəri İranda azı 224 nəfər, İsraildə isə 24 nəfər həyatını itirib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google