Böyük Britaniya səfirliyi Gürcüstan hökumətini ATƏT/ODİHR müşahidə missiyasını 2025-ci il yerli özünüidarə seçkiləri üçün dəvət etməyə çağırır

Böyük Britaniyanın Gürcüstandakı səfirliyi 18 iyun tarixində yaydığı bəyanatda Gürcüstan hökumətini 2025-ci ilin

oktyabrında keçiriləcək bələdiyyə seçkilərinin müşahidəsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODİHR) müşahidə missiyasını dəvət etməyə və təşkilatın tövsiyələrini nəzərə almağa çağırıb.

“Səfirlik Gürcüstan hökumətinə müraciət edərək, oktyabrda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün ATƏT/ODİHR missiyasını dəvət etməyə və ODİHR-in 2024-cü il Parlament seçkiləri ilə bağlı yekun hesabatında təqdim olunan tövsiyələri nəzərə almağa çağırır”, – deyə bəyanatda bildirilir.

Səfirliyin məlumatına görə, Gürcü xalqının arzuları və istəkləri demokratiya və azadlığa yönəlib və Böyük Britaniya ilə Gürcüstan arasında əməkdaşlıq, eyni zamanda Gürcüstanın Avropa institutları ilə sıx əlaqələri bu məqsədlərə nail olunmasına töhfə verməlidir.

Bir həftə əvvəl, 11 iyun tarixində səfirlik bəyan etmişdi ki, “xarici təsirin şəffaflığı haqqında” qanuna edilən dəyişikliklər səbəbilə Birləşmiş Krallıq bir sıra planlaşdırılmış qrant proqramlarını ləğv etmək məcburiyyətində qalıb. Həmin proqramların məqsədi seçki proseslərində şəffaflığı və ictimai məlumatlandırmanı dəstəkləmək idi.

Həmin gün “Tabula” internet nəşri bildirmişdi ki, bu qərar ona da təsir edib – nəşr 50 000 funt sterlinq məbləğində qrant qazanmışdı və bu vəsait yerli seçkilər zamanı ictimaiyyətin məlumatlandırılması üçün istifadə olunmalı idi.

Eyni gün hökumətyönlü “İmedi” telekanalı Böyük Britaniya səfirliyinin digər mümkün benefisiarları barədə məlumat yayıb. Kanalın məlumatına görə, “Tabula” ilə yanaşı aşağıdakı təşkilatların da maliyyələşdirilməsi planlaşdırılırdı:

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası – 99 988 funt sterlinq
Hüququn Aliliyi Mərkəzi – 97 868 funt sterlinq
Gürcüstanın Gələcəyi Akademiyası – 99 975 funt sterlinq


“Böyük Britaniya səfirliyi təbliğat və radikallaşmanı maliyyələşdirməyə hazırlaşırdı, lakin hazırda bu məqsədlə hökumətin razılığı tələb olunduğundan bu qərardan imtina etdi”, – 12 iyun tarixində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bəyan etmişdi.

Səfirlik 18 iyun tarixli bəyanatında bu ittihamları əsassız adlandıraraq bildirir: “Gürcüstan hökumətinin özü bu fəaliyyətləri dəstəkləyirdi və biz onların “təbliğat və ekstremizmin maliyyələşdirilməsi” kimi təqdim olunması ilə qəti şəkildə razı deyilik”.

Bəyanatda qeyd olunur ki, bu iddialar reallığı əks etdirmir. Gürcüstan qanunvericiliyi müşahidəçi təşkilatların fəaliyyətinə imkan verir və bu, peşəkar və şəffaf seçki nəzarətinin ayrılmaz hissəsidir.

Səfirlik, həmçinin xatırladır ki, 2019-cu ildə Gürcüstan və Birləşmiş Krallıq arasında imzalanmış Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 4-cü maddəsi tərəfləri aşağıdakılar üzrə əməkdaşlığa çağırır:

“Demokratik institutların sabitliyinin və effektivliyinin gücləndirilməsi, hüququn aliliyinin, insan hüquqlarının və əsas azadlıqların təmin olunması, eləcə də məhkəmə islahatlarının dəstəklənməsi”.
Bəyanatın sonunda qeyd olunur: “Məhz bu prinsiplərə əsaslanaraq Böyük Britaniya uzun illərdir, Gürcüstanda vətəndaş cəmiyyətini dəstəkləyir”.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google