Gürcüstanın baş naziri İrakli Kobaxidze hakimiyyətin ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB)
missiyasını yerli seçkiləri müşahidə etmək
üçün dəvət etmək niyyətində olub-olmaması ilə bağlı medianın
sualını cavablandırıb. Onun sözlərinə görə, "belə bir təcrübə
mövcud deyil". İ.Kobaxidze ATƏT/DTİHB müşahidəçilərinin 2021-ci
ildə keçirilən yerli seçkilərə dəvət olunmasını "istisna hal"
adlandırıb və əlavə edib ki, o zaman "bu seçkilər bir növ parlament
seçkiləri mövzusu ilə bağlı idi".
"Hesab edirik ki, bu halda ATƏT/DİHB-in bizim bələdiyyə
seçkilərimizə əlavə yük olması artıqdır, bələdiyyə seçkiləri
tamamilə normal şəkildə keçəcək. Bilirsiniz ki, ATƏT/DİHB parlament
seçkilərini müşahidə edib və müvafiq nəticəni açıqlayıb, lakin bu
nəticə heç kəsi maraqlandırmayıb. Bu gün isə həmin o şəxslər
–ATƏT/DİHB-in nəticəsini tamamilə görməzlikdən gələnlər – bizdən
ATƏT/DİHB-i dəvət etməyimizi istəyirlər", – Kobaxidze
bildirib.
2014-cü ildə Gürcüstanda yerli seçkilər ATƏT/DTİHB-nin müşahidə
missiyasının iştirakı olmadan keçirilib. Missiya 2006, 2017 və
2021-ci illərdə yerli seçkiləri müşahidə edib.
İyunun 18-də Böyük Britaniya səfirliyi Gürcüstan hökumətini
ATƏT/DTİHB-nin seçki müşahidə missiyasını 2025-ci ilin oktyabrında
keçiriləcək bələdiyyə seçkilərini müşahidəyə dəvət etməyə və
DTİHB-nin 2024-cü il parlament seçkiləri ilə bağlı yekun
hesabatında verdiyi tövsiyələri nəzərə almağa çağırıb.
Gürcüstanda yerli seçkilər 2025-ci il oktyabrın 4-nə təyin
edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415