Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının təşkilinə
və keçirilməsinə icazə verilə bilər.
Azərbaycanın yerli saytlarının məlumatına görə, bununla bağlı Milli
Məclisdə ölkə qanunvericiliyinə dəyişikliklər nəzərdə tutulur.
Dəyişikliklərə görə, oyunları yalnız nəzarət orqanının rəyi nəzərə
alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə biləcək.
27 il öncənin qadağasına
yaşıl işıq
Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş prezident Heydər
Əliyevin sərəncamı ilə qadağan olunub. Onunla bağlı keçmiş
prezident "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı
mübarizə sahəsində bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncamda qərar "Azərbaycan xalqının mənəviyyatına mənfi təsir
göstərən,... hallara yol verməmək, iqtisadi sahədə cinayətkarlıqla
mübarizənin möhkəmləndirildiyi və bazar münasibətlərinin bərqərar
olduğu bir zamanda həmin sahədə müxtəlif əyintilərin qarşısını
almaq məqsədi ilə" izah edilmişdi.
Amma son illər hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra iş
adamları və deputatlar kazino oyunlarına icazə verilməsi ilə bağlı
təkliflər səsləndirmişdilər. Onlar bunun ölkədə turizmin və
iqtisadiyyatın inkişafına fayda verəcəyini düşünürdülər. İndi də
Azərbaycan parlamentində təmsil edilən bəzi deputatların yerli
mediaya bildirmələrinə görə, keçmiş dövrdə "effektiv nəzarət
mexanizmlərinin olmaması, dünya təcrübəsinin öyrənilməməsi" bu cür
fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına,
qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və
digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı.
Onların fikrincə, indi dövlət aparatının güclənməsi, nəzarət
mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri
aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə
imkan verir.
Amma ayrı-ayrı müxalifət təmsilçiləri zaman-zaman açıqlamalarında
kazinolara yenidən yaşıl işıq yandırılmasına mənfi münasibətlərini
bildiriblər. Onların fikrincə, hakimiyyət belə hallara yol
verməkdənsə, əhalinin sosial güzəranın yaxşılaşdırılmasına diqqət
ayırmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415