Yerevan məhkəməsi işadamı Samvel Karapetyan barəsində 2 aylıq
həbs-qətimkan tədbiri seçib.
Vəkil qərarın qanunsuz olduğunu bildirib.
Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci
hissəsi ilə - hakimiyyətin ələ keçirilməsinə, ərazi bütövlüyünün
pozulmasına, suverenlikdən imtina və konstitusiya quruluşunun
zorakılıqla devrilməsinə açıq çağırışda ittiham olunur.
2021-ci ildə Azərbaycan Qarabağa qaçaq yoluyla silah-sursat
daşımaqda günahlandırdığı şirkət rəhbərlərini beynəlxalq axtarışa
vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.
Milyarder S.Karapetyan iyunun 17-də baş nazir Nikol Paşinyanın
Erməni Apostol Kilsəsinin rəhbərinə və ali ruhanilərinə qarşı
kampaniyasını sərt şəkildə qınayıb.
"Mən hər zaman Erməni Kilsəsinin və erməni xalqının
yanında olmuşam", – erməni əsilli milyarder "news.am"
saytına bildirib.
"Əgər siyasətçilər uğursuz olsalar,
biz kilsəyə qarşı kampaniyaya öz üsulumuzla müdaxilə
edəcəyik".
Karapetyanın məlum açıqlamasından sonra baş nazir Paşinyan
"Facebook" hesabındakı paylaşımda yazıb:
"Niyə bu
əxlaqsız "ruhanilər" və onların əxlaqsız havadarları fəallaşıblar?
Heç bir problem yoxdur, biz onları yenidən passivləşdirəcəyik. Həm
də həmişəlik".
Bundan sonra Ermənistanın təhlükəsizlik xidməti iyunun 17-də
milyarderin həbsi üçün hərəkətə keçib.
Hadisədən qısa müddət sonra polis əməkdaşlarının Karapetyanın
Yerevandakı villasına baxış keçirməyə cəhd etdiyi bildirilir. Lakin
orada oliqarxın qohumları və tərəfdarları ilə qarşılaşıblar. Polis
sözçüsü hadisə nəticəsində bir qrup şəxsin saxlanıldığını bildirib.
Karapetyanın qardaşı Karenin sözlərinə görə, azı 40 nəfər
saxlanılıb.
İyunun 17-si axşam saatlarında yüzdən çox insan, o cümlədən
müxalifət fəalları Karapetyanın villasının qarşısında toplaşıb.
Evin ətrafı isə Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları
və polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Paşinyan sosial şəbəkədə paylaşımlarında təqiblərə şəxsən göstəriş
verdiyini etiraf edib.
"İndi sənə qarşı öz üsulumla
müdaxilə edəcəyəm, xain", – o yazıb.
Bu arada Karapetyan geri çəkilməyərək Moskvada yerləşən ona məxsus
"Taşir Qrup" vasitəsilə qısa bəyanat yayıb: "Harada olsam da, nə
baş versə də, erməni xalqının müqəddəsləri uğrunda bütün gücümlə
mübarizə aparacağam. Heç kimin bu müqəddəsləri istənilən məqsədlə
təhqir etməsinə imkan verməyəcəyəm".
Paşinyan iyunun 18-də mövzu ilə bağlı jurnalistlərin suallarını
cavablandırarkən deyib ki, biznes maqnatı S.Karapetyanın verdiyi
açıqlamalar dövlət üçün təhlükədir. Paşinyan Ermənistanı təhdid
edən hər kəsin konkret cavab alacağını bildirib.
Milli Təhlükəsizlik
Xidmətinin rəhbəri vəzifəsindən azad olunub
Baş nazir Paşinyan iyunun 18-də Milli Təhlükəsizlik Xidmətinin
(MTX) rəhbəri Armen Abazyanın vəzifəsindən azad edilməsinə dair
qərarı ilə bağlı şərh verib. O bildirib ki, Abazyan onun baş
nazirliyi dövründə ən uzun müddət MTX rəhbəri olmuş şəxsdir.
"Onun bütün xidmət dövrü olduqca çətin keçdi və, məncə,
o, bir az istirahəti haqq edir, çünki gərgin şəraitdə beş il MTX
direktoru kimi işləmək asan deyil", – Paşinyan
söyləyib.
Jurnalistlərin bu qərarın rusiyalı işadamı S.Karapetyanın evində
aparılan hüquq-mühafizə tədbirləri ilə bağlı olub-olmaması barədə
sualına Paşinyan belə cavab verib:
"Bilirsiniz, qeyd
etdiyiniz hallar mənim qeyd etdiyim hallar ilə birbaşa əlaqəlidir,
amma ümumilikdə MTX direktorunun işi praktiki olaraq hər şeylə
bağlıdır, xüsusən təhlükəsizliklə bağlı, o cümlədən hibrid
təhlükəsizliklə".
Hakimiyyət orqanları iyunun 17-də Karapetyanın Yerevandakı
villasına baxış keçirməyə və onu saxlamağa cəhd göstərib.
Abazyanın göstərişləri yerinə yetirməkdən imtina edib-etməməsi ilə
bağlı sualına Paşinyan belə cavab verib:
"MTX rəhbəri
bunu edə bilməz".
Rusiya Karapetyana görə
narahatdır
Karapetyan baş nazir Paşinyanın II Qareginə qarşı kampaniyasına
qarşı çıxan müxalifət qruplarının dəstəyini alıb. Onlar hesab
edirlər ki, bu kampaniya Azərbaycanın xoşuna gəlmək və ya
Paşinyanın rəsmi Bakıya güzəştlərinə qarşı olan əsas müxalifət
mənbəyini (Erməni kilsəsi) neytrallaşdırmaq məqsədi daşıyır.
Erməni Kilsəsi S.Karapetyana qarşı atılan addımları pisləyib və
Ermənistan hakimiyyətindən "qanunsuz" hərəkətlərinə son qoymağı
tələb edib.
Karapetyanla bağlı addımlar Rusiyada da narahatlıq doğurub. Rusiya
Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib
ki, "Karapetyan Yerevanda qəribə bəhanələrlə həbs təhlükəsi ilə
üzləşib" və buna görə də Moskva situasiyanı yaxından izləyir.
"Biz ona bütün qanuni hüquqlarının qorunması üçün
zəruri yardımı göstərəcəyik", - Zaxarova "RİA
Novosti"yə bildirib.
Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan isə dolayısı ilə
erməni əsilli oliqarxı Moskvanın göstərişləri ilə hərəkət etməkdə
günahlandırıb.
Samvel Karapetyan
kimdir?
59 yaşlı Karapetyan Ermənistanda doğulub boya-başa çatıb. O,
1990-cı illərin əvvəllərində Rusiyaya köçüb və növbəti 20 ildə
orada böyük sərvət toplayıb. Onun Rusiyadakı konqlomeratı tikinti,
istehsal, pərakəndə ticarət və digər xidmətlərlə məşğul olan yüzdən
çox şirkəti əhatə edir.
"Forbes" jurnalı Karapetyanın sərvətini 4 milyard dollar dəyərində
qiymətləndirir və o, dünyanın ən zəngin etnik ermənisi hesab
olunur. Onun aktivləri arasında Ermənistanın elektrik paylayıcı
şəbəkəsi də var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415