Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəsində həll
yolu tapmağa və Ukrayna lideri ilə potensial görüşə hazır olduğunu
bildirib.
Rusiyanın iki gün əvvəl Kiyevə endirdiyi dron və raket zərbələri
nəticəsində isə ölənlərin sayı 28-ə çatıb.
Putin iyunun 18-də Sankt-Peterburqda televiziyada yayımlanan
brifinqdə xarici mediaya deyib:
"Biz nəinki mövcud
münaqişəyə son qoyacaq, həm də uzunmüddətli perspektivdə oxşar
vəziyyətin təkrarlanmasının qarşısını almağa şərait yaradacaq bir
həll yolu tapmalıyıq".
Putin bildirib ki, danışıqlar iyunun 22-dən sonra bərpa oluna
bilər. Daha əvvəl o, bu tarixdə əsirlərin mübadiləsi və həlak olan
əsgərlərin meyitlərinin repatriyasiyasını təklif edib.
Lakin Rusiya lideri əlavə edib ki, o, Ukrayna prezidenti Volodimir
Zelenski ilə yalnız istənilən sülh danışıqlarının "son
mərhələsində" görüşəcək.
"Mən hər kəslə, o cümlədən Zelenski ilə görüşməyə
hazıram. Bu, problem deyil - əgər Ukrayna dövləti danışıqlar
aparmaq üçün konkret birinə etibar edərsə, Allah xatirinə, bu
Zelenski də ola bilər", - Putin bildirib.
"Mən onunla görüşməyə də hazıram – amma yalnız bu, bir
növ yekun mərhələ olarsa", - o əlavə edib.
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşım genişmiqyaslı işğal
müharibəsinə başladıqdan sonra NATO şərq cinahında qüvvələrini
gücləndirərkən Qərb Rusiyaya qarşı sarsıdıcı sanksiyalar tətbiq
edib.
Qərb liderləri isə Putini ABŞ prezidenti Donald Trampın irəli
sürdüyü atəşkəs şərtlərinə razılıq vermədiyinə görə tənqid
edirlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415