Xaşurda qayınatasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1998-ci il təvəllüdlü B.B.-ni ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə ittiham edərək saxlayıblar.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

“Cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, Xaşuri bələdiyyəsinin Osiauri kəndində daha öncə baş vermiş münaqişənin zəminində başlayan mübahisə zamanı, təqsirləndirilən şəxs qayınatası – 1961-ci il təvəllüdlü T.M.-yə öz evində soyuq silahla döş qəfəsi və boğaz nahiyəsindən çoxsaylı xəsarətlər yetirib, daha sonra isə hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində kişi yerindəcə dünyasını dəyişib. Münaqişə zamanı B.B. mərhumun həyat yoldaşı, 1979-cu il təvəllüdlü M.K.-yə də fiziki zorakılıq göstərib.

Hüquq-mühafizəçilər təqsirləndirilən şəxsi dövlət sərhədini keçməyə cəhd göstərərkən, “Sarpi” sərhəd-keçid məntəqəsində saxlayıblar. B.B. barəsində müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra rəsmi şəkildə həbs olunub.

Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Fakta görə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prim və 109-cu maddəsinin “k” bəndi ilə – ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi ilə aparılır,”
– deyə məlumatda bildirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google