12 yaşlı Samir üçün Marneulidə qanvermə aksiyası keçiriləcək – dəstəyinizə ehtiyac var
20 iyun tarixində Marneuli Cümə Məscidində 12 yaşlı Samir Əliyevin müalicəsinə dəstək məqsədilə qanvermə aksiyası təşkil olunacaq.

Samir ağır xəstəliklə mübarizə aparır. Onun çiyin və qol nahiyəsində sümük çürüməsi gedir və həyatını xilas etmək üçün təcili sümük nəqli əməliyyatına ehtiyac var.

Tibbi xərclərin ümumi məbləği 29 000 ABŞ dolları təşkil edir.
  • Dövlət tərəfindən artıq 10 000 dollar qarşılanıb.
  • 14 000 dollar məbləğində yardım toplanıb.
  • Qalan 5 000 dollar isə hələ də çatışmır.
Təşkilatçılar ümid edirlər ki, mərhəmətli və xeyirxah insanlar bu çətin məqamda dəstəyini əsirgəməyəcək və Samirin sağalmasına yardım edəcəklər.
  • Dəstək üçün bank hesabı:
  • Bank: [Sakartvelo Bank]
  • Alıcı: Samir Əliyevin ailəsi / [İsfahan Əliytev / İ.A.]
  • Hesab nömrəsi: [GE26BG0000000602655716]
  • Təyinat: Samir üçün yardım
Qeyd edək ki, Samir Əliyev “Qaracalar” idman klubunun rəhbəri İsfahan Əliyevin qardaşı oğludur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google