Gürcüstanın İsraildəki səfirliyi yaxınlığına mərmi düşüb, səfirlik zərər görməyib

Gürcüstanın İsraildəki səfirliyi bildirir ki, bu gün, 19 iyun tarixində, Gürcüstanın səfirliyinin yerləşdiyi binanın yaxınlığına mərmi düşüb,

lakin səfirlik binasına zərər dəyməyib.

 

“Diplomatik nümayəndəlik müvafiq qurumlar tərəfindən müəyyən edilmiş təhlükəsizlik təlimatlarına əməl edir və fəaliyyətini davam etdirir,” – deyə səfirliyin bəyanatında qeyd olunur. Səfirlik vətəndaşlara yerli hakimiyyətin təlimatlarına əməl etməyə çağırır.

“Gürcüstanın İsraildə olan səfirliyi ölkədəki təhlükəsizlik şəraitini nəzərə alaraq xüsusi rejimdə fəaliyyətini davam etdirir,” – deyə səfirlik əlavə edib.

Zəruri hallarda Gürcüstan vətəndaşları aşağıdakı telefon nömrələri vasitəsilə İsraildə yerləşən Gürcüstan səfirliyi ilə əlaqə saxlaya bilərlər:
  • +972 526 919092
  • +972 3 609 3206

İsrail İrana qarşı silahlı hərbi əməliyyata 13 iyun tarixində başlayıb. Əsas məqsəd kimi İranın nüvə proqramının dayandırılması və tamamilə ləğv edilməsi göstərilib.

İsrail, Tehran tərəfindən nüvə silahı üzərində işlərin aparıldığı və uranın zənginləşdirildiyi hərbi obyektlərə və zavodlara zərbələr endirib.

Cavab olaraq, İran İsrailə raketlər və dronlarla hücum edib. Hər iki tərəfdə dinc sakinlər arasında itkilər var.

Mənbə: radiotavisupleba.ge

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google