İrakli Kobaxidze Səudiyyə Ərəbistanının İnkişaf Fondunun icraçı direktoru ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Səudiyyə Ərəbistanının İnkişaf Fondunun icraçı direktoru Sultan Əbdülrəhman Əl-Mərşad ilə görüşüb.

Bu barədə məlumatı Gürcüstan hökumət administrasiyası yayıb.

Görüş zamanı Səudiyyə Ərəbistanı ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

“İki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilib. Gürcüstanın iqtisadi inkişafındakı müsbət dinamika və ölkənin investisiya potensialına – o cümlədən energetika, yol-nəqliyyat, liman infrastrukturu və hava limanları sahələrinə xüsusi diqqət yetirilib.”

Səudiyyə Ərəbistanı İnkişaf Fondunun icraçı direktoru Gürcüstana nümayəndə heyəti ilə birlikdə işgüzar səfər çərçivəsində gəlib.

Hökumət administrasiyasında keçirilən görüşdə maliyyə naziri Laşa Xutsişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər.


Mənbə: BPN



 

Print Email
FaceBook Twitter Google