Belçikanın Antverpen şəhərində avtobusda baş verən insident zamanı
38 yaşlı Gürcüstan vətəndaşı sərnişinlərə bıçaqla hücum edib.
Hücum nəticəsində 76 yaşlı bir kişi həyatını itirib, iki nəfər – o
cümlədən avtobus sürücüsü – yaralanıb.
Yerli medianın məlumatına görə, əvvəlcə hücum edən şəxsi
zərərsizləşdirməyə çalışan sərnişin yaralanıb, daha sonra isə
sürücü bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polisin məlumatına əsasən, Gürcüstan vətəndaşı hadisə yerində
saxlanılıb, lakin hücumun motivi hələlik məlum deyil. Hücumdan
əvvəl həmin şəxs spirtli içkilər mağazasını qarət etmişdi, lakin o
zaman tutula bilməmişdi.
Antverpen prokurorluğunun açıqlamasına görə, saxlanılan şəxs
hazırda tibbi müayinələr və psixiatrik ekspertiza üçün xəstəxanaya
aparılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415