Belçikada avtobusda baş verən insident zamanı Gürcüstan vətəndaşı sərnişinlərə bıçaqla hücum etdi
Belçikanın Antverpen şəhərində avtobusda baş verən insident zamanı 38 yaşlı Gürcüstan vətəndaşı sərnişinlərə bıçaqla hücum edib. Hücum nəticəsində 76 yaşlı bir kişi həyatını itirib, iki nəfər – o cümlədən avtobus sürücüsü – yaralanıb.

Yerli medianın məlumatına görə, əvvəlcə hücum edən şəxsi zərərsizləşdirməyə çalışan sərnişin yaralanıb, daha sonra isə sürücü bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına əsasən, Gürcüstan vətəndaşı hadisə yerində saxlanılıb, lakin hücumun motivi hələlik məlum deyil. Hücumdan əvvəl həmin şəxs spirtli içkilər mağazasını qarət etmişdi, lakin o zaman tutula bilməmişdi.

Antverpen prokurorluğunun açıqlamasına görə, saxlanılan şəxs hazırda tibbi müayinələr və psixiatrik ekspertiza üçün xəstəxanaya aparılıb.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər