Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik cinayətləri
ittihamı ilə 5 nəfər saxlanılıb.
Nazirliyin bildirdiyinə görə, bu şəxslər qanunsuz olaraq külli
miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, satışa
hazırlıq və satışına cəhd maddələri ilə ittiham olunurlar.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan
şəxslərin üzərində və yaşayış evlərində axtarış aparıblar, həmçinin
keçirilmiş istintaq eksperimenti zamanı onların göstərdiyi
ünvanlardan maddi sübut kimi satış üçün nəzərdə tutulmuş narkotik
vasitə – metadon və qurudulmuş marixuana müsadirə olunub. Həmçinin,
narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar,
yapışqan lentlər və polietilen torbalar da aşkar edilərək
götürülüb,” – deyə DİN-in açıqlamasında qeyd
olunub.
Cinayətə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.