“Gürcü Arzusu”nun üzvü QHT-lərin benefisiarlarına marağın olduğunu təsdiqləyir

“Gürcü Arzusu” partiyasının üzvü Arçil Qorduladze təsdiqləyir ki, dövlət qeyri-hökumət təşkilatlarının (QHT-lərin) benefisiarları ilə maraqlanır.

Bu barədə məlumaı və Qorduladzenin şərhini “TV Pirveli” yayıb.

“Alınan vəsaitin necə xərcləndiyini yoxlamaq üçün mümkün olmalıdır ki... əgər hər hansı QHT deyirsə ki, biz X şəxsinə yardım etdik, doğrudan da həmin şəxsə kömək olunubmu – bunu ayrıca araşdırmaq mümkün olmalıdır, elə deyilmi? Əks halda, əgər belə bir mexanizm mövcud olmasa, istənilən QHT deyəcək ki, insanlara yardım edib, amma reallıqda bu pullar molotov kokteyllərinin hazırlanmasına və ya fişənglərin alınmasına sərf olunub,” – deyə Qorduladze bildirib.

18 iyun tarixində qeyri-hökumət təşkilatlarının keçirdiyi brifinqdə məlum olub ki, “Gürcü Arzusu” partiyası Rus qanunlarının icrasına başlayıb.

Hakimlər beş təşkilata – Vətəndaş Cəmiyyəti Fondu, Beynəlxalq Şəffaflıq – Gürcüstan, Sapari, Gələcəyin Akademiyası və İqtisadi Siyasətin Tədqiqat Mərkəzi – son 17 ay ərzindəki fəaliyyətlərinə dair, o cümlədən xüsusi kateqoriyalı şəxsi məlumatları əhatə edən sənədləri Antikorrupsiya Bürosuna təqdim etməyi rəsmi şəkildə tələb ediblər. Bu məlumatlara benefisiarlar haqqında həssas məlumatlar, eləcə də təşkilatların fəaliyyəti ilə bağlı yazışmalar və korrespondensiyalar daxildir.

Antikorrupsiya Bürosunun rəhbəri Rajden Kupraşvilinin sözlərinə görə, QHT-lərdə elan olunmuş siyasi subyektlərin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparılır.

Eyni zamanda, Kupraşvili iddia edir ki, QHT-lərdən benefisiarların şəxsi məlumatları tələb edilməyib.

Lakin QHT-lərə göndərilmiş məhkəmə qərarlarında Antikorrupsiya Bürosu “benefisiarların və iştirakçı şəxslərin (ad, soyad, şəxsiyyət nömrəsi), əldə etdikləri nəticələr və fəaliyyətlərinin əks olunduğu foto və video materiallarla birlikdə təqdim edilməsini” tələb edir.


Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google