Tbilisidə dələduzluq ittihamı ilə qadın saxlanılıb, onu 10 ilədək həbs cəzası gözləyir

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və

istintaq tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü A.T.-ni dələduzluq ittihamı ilə məhkəmə qərarı əsasında saxlayıblar. Bu barədə DİN rəsmi məlumat yayıb.

Məlumata əsasən, cinayət əməli üçün 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs A.T. və 1986-cı il təvəllüdlü məhkum D.T., 2020–2024-cü illərdə, tikinti şirkəti “Sektor 7”-nin rəhbərləri kimi vətəndaşlarla müqavilələr bağlayaraq, tikilməkdə olan çoxmənzilli yaşayış binasında mənzillər satıblar. Vətəndaşlardan ödənişlər alsalar da, binanın tikintisini tamamlamayıb və mənzillərin mülkiyyətə verilməsini təmin etməyiblər.

Bu hərəkətlər nəticəsində ümumilikdə 161 vətəndaş zərərçəkmiş hesab olunur, dəymiş ziyanın ümumi məbləği isə 11 milyon lariyə çatır.

Hüquq-mühafizə orqanları A.T.-ni təqsirləndirilən şəxs kimi saxlayıblar. Təşkilatlanmış qrupun digər üzvü – artıq məhkum olunmuş D.T.-yə isə əlavə ittiham irəli sürüləcək.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü və 4-cü hissələri üzrə aparılır",
– deyə rəsmi məlumatda qeyd olunur.


Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google