“Batumelebi və Netgazeti”nin təsisçisi və direktoru Mzia
Amağlobelinin, eləcə də Gürcüstanda media azadlığının vəziyyəti ilə
bağlı bu gün
Avropa Parlamentində qətnamə səsverməyə çıxarılıb. 324 Avropa
Parlamentinin üzvü qətnaməni dəstəkləyərək Mzia Amağlobelinin və
digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.
İclasda ümumilikdə 436 deputat iştirak edirdi, onlardan 25-i
qətnamənin əleyhinə səs verib, 87-si isə bitərəf qalıb.
Birgə mətndə “Gürcü Arzusu”nun repressiv qanunları haqqında qeyd
olunur ki, bu, hakim partiyanın tənqidi səsləri susdurmaq məqsədi
daşıyan avtoritar strategiyasıdır. Eyni zamanda vurğulanır ki,
hakimiyyət qalan müstəqil medianı faktiki olaraq məhv edib,
informasiya məkanı isə tamamilə hökumətyönlü media vasitələrinin
nəzarəti altındadır, hansı ki, Rusiyanı təbliğ edir və Avropa ilə
bağlı dezinformasiya yayırlar.
Mzia Amağlobelinin işi ilə bağlı xüsusi olaraq vurğulanır ki,
hakimiyyət hüquqi prosedurları nəzərə almayaraq onu aydın hüquqi
əsas olmadan əvvəlcədən həbs edib. Bu, xalq müdafiəçisi (ombudsman)
tərəfindən də tənqid olunub. Onun işi cinayət-hüquqi ixtisası
olmayan bir hakimə verilib.