Türkiyədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş
naziri Nikol Paşinyan arasında görüş planlaşdırılmayıb.
Bunu AzadlıqRadiosunun erməni xidmətinə Paşinyanın mətbuat katibi
Nazeli Bağdasaryan deyib.
Azərbaycan prezidenti İ.Əliyevin iyunun 19-da Türkiyəyə səfəri
gözlənir. Səfər çərçivəsində Əliyev və Rəcəb Tayyib Ərdoğan
Kahramanmaraş şəhərində 2023-cü ildə baş vermiş zəlzələdən sonra
tikilmiş "Azərbaycan Məhəlləsi"nin açılışında iştirak edəcək.
17 iyun
Paşinyan Türkiyəyə
gedir
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə səfər
edəcək. Bunu jurnalistlərə Ermənistan Parlamentinin spikeri Alen
Simonyan deyib. Simonyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın
dəvəti ilə baş tutacaq səfərin "tarixi əhəmiyyət" daşıdığını
bildirib. Onun sözlərinə görə, bu, Ermənistan rəhbərinin bu
səviyyədə Türkiyəyə ilk səfəridir.
Parlament spikeri qeyd edib ki, bu səfər tərəflər arasında birbaşa
əlaqələrin inkişafı baxımından önəmli mərhələdir.
"Səfər müddətində bütün regional addımlar müzakirə
olunacaq", - o əlavə edib.
Paşinyan 2023-cü ilin iyununda Türkiyəyə işgüzar səfər etmiş və
prezident Ərdoğanın andiçmə mərasiminə qatılmışdı.
5 iyun
Paşinyanla Ərdoğan regiondakı
vəziyyəti müzakirə ediblər
Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Ermənistan
baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, Paşinyan Türkiyə prezidentini qarşıdan gələn Qurban
bayramı münasibətilə təbrik edib.
Prezident Ərdoğan isə Ermənistan baş naziri Paşinyanı 2026-cı ilin
yazında Yerevanın Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi
etməsi münasibətilə təbrik edib.
Qeyd olunub ki, Paşinyan və Ərdoğan Ermənistan-Türkiyə
münasibətlərini və regional vəziyyəti müzakirə ediblər və dialoqu
davam etdirmək barədə razılığa gəliblər.
'Türkiyə ilə
münasibətlərimiz fəal və səmərəlidir'
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 5-də
parlament komitəsində büdcə hesabatının müzakirəsi zamanı bildirib
ki, Türkiyə ilə diplomatik münasibətlərin olmamasına baxmayaraq,
iki ölkə arasında çox fəal və effektiv dialoq qurulub.
"Türkiyə ilə rəsmi diplomatik əlaqələrimiz olmasa da,
diplomatik əlaqələr olan bir çox digər ölkələrlə müqayisədə bizim
daha fəal və səmərəli dialoqumuz var. Təbii ki, kim desə ki, artıq
bu dialoqun sahədə real nəticələr verməsinin vaxtıdır,
haqlıdır", - Mirzoyan vurğulayıb.
Ankara on illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını,
Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan
münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin
əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları
başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415