Kaladze qətnamə haqqında: Söz və ifadə azadlığımız var

Tbilisi meri Kaxa Kaladze 19 iyun tarixində Avropa Parlamenti tərəfindən qəbul olunmuş qətnaməyə münasibət

bildirib və deyib ki, “müəyyən qrup” insanlar "Gürcü Arzusu" hakimiyyətinə qarşı mübarizə aparır, çünki onlar “öz agentlərini” Gürcüstana gətirə bilmədilər.

Kaladzenin sözlərinə görə, “bizdə söz və ifadə azadlığı mövcuddur”, lakin kimliyindən asılı olmayaraq, heç kimin polisə əl qaldırmaq hüququ yoxdur – “status cinayətə qalxan ola bilməz”.

“Müəyyən qrup insanlar israrla Gürcü dövlətçiliyinə qarşı çıxır, mövcud hakimiyyətə qarşı mübarizə aparır, çünki onlar seçkilərdə məğlub oldular və öz agentlərini gətirə bilmədilər. Əslində nə baş verir – Gürcüstan inkişaf etməyə, Avrointeqrasiya yolunda irəliləməyə davam edir, lakin müəyyən maneələr var – konkret olaraq, eşitdiyimiz bəyanatlar və atılan addımlar yalnız yalan və şantaja əsaslanır. Amma elə insanlar da var ki, onlar vəziyyətin həqiqi mənzərəsini görür və doğru danışırlar – ölkədə seçkilər azad mühitdə keçirildi və bütün siyasi partiyaların kampaniya aparmaq və iştirak etmək imkanı oldu; bizdə söz və ifadə azadlığı var, lakin kimliyindən asılı olmayaraq, heç kimin polisə əl qaldırmaq hüququ yoxdur – status cinayətə qalxan ola bilməz.

Fərqi yoxdur, bu şəxs siyasətçidir, jurnalistdir, ya da iş adamı – hamımız qanun qarşısında bərabərik,”
– deyə Tbilisi meri Kaxa Kaladze bildirib.

Avropa Parlamenti isə Gürcüstanda media və siyasi azadlıqların pozulması və jurnalist Mzia Amaglobelinin həbsi ilə bağlı qətnamə qəbul edib.

Qətnamə 324 deputat tərəfindən dəstəklənib, 25 nəfər əleyhinə səs verib, 87 deputat isə bitərəf qalıb.

Avropa Parlamenti “Gürcü Arzusu” tərəfindən demokratik institutlara, müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı hücumları pisləyir.

O cümlədən, Parlament jurnalist Mzia Amağlobelinin siyasi motivli həbsi və mühakiməsini qəti şəkildə qınayır və hakimiyyəti Amaglobelini dərhal azad etməyə və ona qarşı bütün ittihamları ləğv etməyə çağırır.

Qətnamədə, həmçinin, Mate Devidze, Nika Qvaramia, Zurab “Qirçi” Caparidze və Mixeil Saakaşvili daxil olmaqla bütün siyasi məhbusların və qanunsuz həbs olunan şəxslərin azad edilməsi tələb olunur.

Avropa Parlamenti bütün repressiv qanunların ləğvini və FARA qanununun qüvvəyə minməsi ilə paralel olaraq Avropa İttifaqının Gürcüstandakı müstəqil media və vətəndaş cəmiyyətinə dəstəyini gücləndirməsini tələb edir.


Mənbə: Tabula






 


 

Print Email
FaceBook Twitter Google