“Xamenei mövcudluğunu davam etdirə bilməməlidir” – İsrailin müdafiə naziri
İsrailin müdafiə naziri bəyan edib ki, İranın ali rəhbəri Ayətullah Əli Xamenei “müasir Hitlerdir”“onun mövcudluğunu davam etdirməsinə icazə verilməməlidir”.

Nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbi hədəflərindən biri də odur ki, “bu adam – Xamenei – artıq mövcud ola bilməsin”.

“O, diktatordur. Belə bir diktator, hansı ki İranı idarə edir və açıq şəkildə İsrail dövlətinin məhvini öz məqsədi kimi bəyan edir. Bu dəhşətli məqsədinə çatmağa və ya varlığını davam etdirməyə imkan verilməməlidir,” – deyə nazir vurğulayıb.

Məlumat üçün bildirək ki, bu gün İran İsraildə xəstəxanaya ballistik raketlə hücum edib. Xəstəxananın nümayəndəsinin sözlərinə görə, obyekt ciddi şəkildə zədələnib və hadisə nəticəsində xəsarət alanlar da var.

Eyni zamanda, İsrailin xarici işlər nazirinin müavini Şaren Haskel bu hücumu “qəsdən həyata keçirilmiş”“cinayətkar” adlandırıb.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google