Qida Təhlükəsizliyi Milli Agentliyi şaurma məhsulunda salmonella
bakteriyasının aşkar olunması səbəbindən “Street Food 125” adlı
müəssisənin istehsal prosesini dayandırıb.
Agentliyin məlumatına görə, Tbilisi Şəhər Xidmətinin yoxlama qrupu
“Street Food 125”də (ünvan: Tbilisi, Mtqvari küç. N1, VÖEN
405641907) dövlət nəzarət tədbiri həyata keçirib.
Yoxlama zamanı inspektorlar salmonella analizləri üçün 5 nümunə
götürərək akkreditə olunmuş laboratoriyada yoxlama aparılıb. Bütün
nümunələrdə patogen mikroorqanizm — salmonella (SALMONELLA)
aşkarlanıb.
Bunun nəticəsində müəssisədə planlaşdırılmamış yoxlama aparılıb və
ciddi uyğunsuzluqlar müəyyən olunub. Mövcud qanunvericiliyə əsasən,
obyekt cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər
istehsal fəaliyyəti dayandırılıb.
Agentlik həmçinin bildirir ki, “Street Food 125”i ətlə təmin edən
şirkət müəyyən edilib. Hazırda həmin şirkətdən götürülmüş donuz əti
nümunələri salmonella testindən keçirilir və nəticələr ictimaiyyətə
təqdim olunacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415